Başlıcaİctimaiyyət

AİHM 2023-cü ildə Azərbaycandan olan işlər üzrə 40 qərar qəbul edib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2023-cü ildə Azərbaycanla bağlı 40 qərar qəbul edib. Həmin qərarlardan 38-də azı bir pozuntu müəyyən edilib. Bu statistik rəqəmlər AİHM prezidentinin yanvarın 25-də 2023-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında açıqlanıb.

Azərbaycan üzrə qərarlarda ən çox ədalətli məhkəmə təhqiqatı hüququnun pozulduğu etiraf olunub. Bu, 10 qərarda əksini tapıb. 

AİHM 8 qərarda azadlıq və şəxsi toxunulmazlıq, şəxsi həyata hörmət hüququnun, 6 qərarda birləşmək azadlığının, 5 qərarda mülkiyyət hüququnun, 4 qərarda işgəncələrə və qeyri-insani rəftara məruz qalmama hüququnun, 3 qərarda ifadə azadlığının, 3 qərarda yaşamaq hüququnun, 1 qərarda səmərəli hüquqi müdafiə vasitələri hüququnun pozulduğunu təsdiq edib.

AİHM 2023-cü idə ümumilikdə mahiyyəti üzrə 1014 qərar qəbul edib.

Daha çox göstər
Back to top button