BaşlıcaSiyasət

Strasburqa gələndə məni görməməyə çalış: Marukyan ukraynalı deputatın azərbaycanyönlü çıxışına toxunub

Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan Ukrayna Radasının AŞPA-dakı nümayəndə heyətinin üzvü Aleksey Qonçarenkonun azərbaycanpərəst çıxışına toxunub.

“Armenpress”in məlumatına görə, Marukyan özünün X mikrobloqunda xatırladıb ki,  hələ 2021-ci ildə AŞPA nümayəndə heyətinin üzvü kimi o, Azərbaycanın biabırçı şəkildə erməni əsirlərinin manekenlərini nümayiş etdirdiyi “hərbi qənimətlər parkı” haqqında çıxış edəndə və Azərbayanın müharibə cinayətlərini təqdim edəndə ukraynalı deputat sessiyanın sədrinə Marukyana plakatlarla çıxış etməyə icazə verdiyini, lakin ona eyni şeyi etməyə imkan vermədiyindən şikayət edib və bu, AŞPA prezidentinin ukraynalı deputatdan iclas zalını tərk etməsini istəməsi ilə başa çatıb.

“Çox maraqlıdır ki, bu ikili standartlar nəticəsində bu ukraynalı deputat Dağlıq Qarabağa, etnik təmizləməyə məruz qalan minlərlə insana, Azərbaycandan qeyri-qanuni saxlanılan hərbi əsirlərə qarşı eyni ədaləti görmək istəmədiyi halda dünyadan Ukrayna üçün ədalət tələb edir. Ayıb olsun sənə, Qonçarenko, mən Strasburqa gələndə məni görməməyə çalış”, – deyə Marukyan bildirib.

Daha çox göstər
Back to top button