BaşlıcaSiyasət

ER XİN Azərbaycanı xəritələr məsələsi ilə manipulyasiya etməkdə və bu addımı eskalasiya fürsətinə çevirməkdə ittiham edir

Ermənistan Xarici işlər nazirliyi Azərbaycan Xarici Işlər nazirliyinin Ermənistan tərəfinin minalanmış ərazilərin yeni xəritələrinin ötürülməsinə hazır olması ilə bağlı bəyanatına cavab verib.

Jurnalistin xəbərinə görə, ER Xarici işlər nazirliyinin X mikrobloqunda yazılıb ki, Ermənistan həm də etimadı gücləndirmək vasitəsi kimi humanitar mülahizələri rəhbər tutaraq, Dağlıq Qarabağın keçmiş rəsmilərindən sorğular apararaq yeni minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkçün  hazırlayıb”-deyərək  XİN-dən bildirilib.

“Təəssüflər olsun ki, bu təşəbbüs Azərbaycan tərəfindən dərhal çox mənfi və istehzalı şəkildə qəbul edildi ki, bu da Ermənistanın etimadı gücləndirmək səylərini inkar edir. Bakı mövzunu manipulyasiya etməkdə davam edir və Yerevanın bu müsbət addımını eskalasiya və neqativ ritorika üçün fürsətə çevirir” – deyə  XİN bildirib.

Daha çox göstər
Back to top button