BaşlıcaSiyasət

Ankara Ermənistan-Azərbaycan nizamlanması prosesində daha konstruktiv rol oynaya bilər: H.Akarın açıqlamasına Yerevanın reaksiyası

Xarici işlər nazirinin müavini Vahan Kostanyan Türkiyə parlamentinin Müdafiə Komitəsinin sədri Hulusi Akarın Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi ilə bağlı açıqlamasına cavab verib.

Hulusi Akar Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra jurnalistlərlə söhbətində bildirib ki, Ermənistan Azərbaycanın təklif etdiyi sülh əlini tez bir zamanda qəbul etməlidir, əks halda 44 günlük müharibədə olduğu kimi ciddi itkilər verəcək.

Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan Türkiyənin Ermənistan-Azərbaycan nizamlanması prosesində daha konstruktiv rol oynaya biləcəyi fikrini bildirib.

Onun sözlərinə görə, Ermənistan-Türkiyə nizamlama prosesi çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi, xüsusilə üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədlərin açılması həm Ermənistan-Türkiyə münasibətlərinə və Ermənistan-Azərbaycan nizamlanması prosesinə müsbət təsir göstərəcək.

Nazir müavini qeyd edib ki, rəsmi Yerevan razılaşmaların icrası ilə bağlı Ankaranın cavabını gözləyir.

“Bilirsiniz ki, Ermənistan tərəfində bütün infrastrukturlar artıq hazırdır”, – Kostanyan əlavə edib.

Daha çox göstər
Back to top button