Böyük ümumdünya mərkəzləri, o cümlədən amerikalı və avropalı rəsmilər Azərbaycanı Ermənistana qarşı hərbi əməliyyatlara əl atmamaq barədə xəbərdarlıq edəndə, onlar Syuniki nəzərdə tutur və bu əməliyyatların olacağını bilirlər. Bu haqda “Mayr Hayastan”(Ana Ermənistan) müxalifət blokunun üzvü, politoloq Stepan Danielyan müxbirlə söhbətində bildirib.
Onun sözlərincə, İran müntəzəm olaraq onun üçün qəbuledilməz olduğunu bəyan edərkən belə planların olduğunu həmçinin təsdiq edir. O, əlavə edib ki, İran bunun qarşısına çıxır, çünki gələcəkdə Türkiyə və Azərbaycanın planlarının həyata keçirilməsi İslam Respublikasının ərazi bütövlüyünə orada yaşayan azərbaycanlıların mümkün üsyan şəklində təhdid edə bilər.
“Azərbaycan Türkiyəyə doğru yol açmaq istəyir, bununla da Rusiya və İranla gələcəkdə problemlər olduğu halında hərbi əhəmiyyət kəsb edəcək. Bakı tələsir. Hazırda isə məhz İranın mövqeyinə görədir ki, Azərbaycan Syunikə soxulmayıb.
Əgər İran üçün vəziyyət belə olacaqsa ki, o, Türkiyə və Azərbaycanla əlavə münaqişəyə daxil ola bilməyəcək, o zaman bu, Syunikə hücüm etmək üçün siqnal olacaq”-deyə Danielyan vurğulayıb.
Onun qiymətləndirilməsinə görə, Syunikin və bütün Ermənistanın taleyi xarici geosiyasi proseslərdən asılıdır.
O, anklav adlanan yerlər haqqında söhbətləri Bakı və Ankaranın planlarının həyata keçirilməsi yolunda ilk addımlar adlandırıb.
Danileyan təkrar edib ki, Türkiyə və Azərbaycanın əsl məqsədi Dağlıq Qarabağ deyil, məhz Syunik olub və onlar bu planlardan heç vaxt imtina etməyəcəklər. Onun fikirincə, Azərbaycan birinci mərhələdə anklavlar adlananları götürmək adı altında öz qoşunları Ermənistanın ərazisinə daxil edəcək və beynalxalq reaksiyaya gözləyəcək. Növbəti mərhələdə isə birbaşa Syunikə hücumu planlaşdıracaq.