BaşlıcaSiyasət

Vardan Chanyan:  “Azərbaycan Ermənistana qarşı iqtisadi müharibə aparır”

Son zamanlar Azərbaycan daxili iqtisadiyyatın ən perspektivli sahələrini hədəfə almaqla Ermənistan iqtisadiyyatının uzunmüddətli inkişafına xələl gətirmək  naminə səylərini gücləndirib.

Alınan məlumata əsasən, bu haqda  yanvarın 29-da İqtisadi Jurnalistlər klubunun təşkil etdiyi müzakirədə Mədənçilər və Metallurqlar İttifaqının sədri Vardan Chanyan bildirib.

“Son bir ildə Azərbaycan bizim sənayemizə və ümumiyyətlə, Ermənistan iqtisadiyyatına münasibətdə çox fəallaşıb. Yaxın günlərdə yəqin ki, ittifaqımız adından bununla əlaqədar  bəyanat verəcəyik.

Onlar iqtisadiyyatın  o sahələrini hədəfə alırlar – mədənçıxarma, enerji və s.-  hansılar ki, Ermənistan iqtisadiyyatı üçün uzunmüddətli və ən mühüm əhəmiyyət kəsb edir.

Bizim ictimaiyyətimiz birgə addımlarla Azərbaycanın hədəflənməsi ilə bağlı riskləri azaltmağa çalışmalıdır” – deyə Chanyan bildirib.

O, hesab edir ki, azərbaycanlıların ilkin hibrid müharibəsi Ermənistanın hazırda iqtisadi artım baxımından onları qabaqladığını dərk etməsi ilə bağlıdır.

“2017-18-ci ilə qədər onların belə bir qorxusu yox idi. İndi isə biz hətta adambaşına düşən ÜDM-a görə Azərbaycanı da ötmüşük. Onlar başa düşürlər ki, bu, həm də yeni hərbi balansın formalaşmasına gətirib çıxaracaq və Ermənistana qarşı hibrid müharibsini aparırlar.

Mənim qənaətimə görə, biz, komandamız, biznes nümayəndələri hökumət və ictimaiyyətlə bu müharibəni uduzmamaq üçün atılacaq addımları müzakirə etməyə hazırıq” – deyə Chanyan qeyd edib.

Ermənistanda dağ-mədən sənayesinin hazırkı vəziyyətinə toxunan natiq Zəngəzur mis-molibden kombinatının artıq üçüncü ildir ki, Ermənistanda əsas vergi ödəyiciləri siyahısına başçılıq etdiyinə diqqət çəkib.

“Lakin ötən il sektorun digər müəssisələri 2022-ci illə müqayisədə mövqelərini itirib və artım qeydə alınmayıb. 2023-cü ilin ilk 100 iri vergi ödəyicisi siyahısında daha 4 mədənçıxarma müəssisəsi var ki, onlar ümumilikdə 30 milyard dram ödəyiblər.

Qeyd edək ki, 2022-ci ilin birinci yüzlüyündə mədənçıxarma sektorundan və ya onunla əlaqəli 8 təşkilat olub ki, onlar birlikdə təxminən 90 milyard dram vergi ödəyiblər” – deyə spiker bildirib.

Onun sözlərinə görə, indiki geri çəkilmə müxtəlif obyektiv və subyektiv səbəblərlə bağlıdır. Onların arasında dram məzənnəsi faktoru ən mühümdür, çünki bu sektor əsasən ixracyönümlüdür. Chanyanın müşahidəsinə görə, bu halda hətta daxili bazar yönümlü şirkətlər də idxalçılarla müqayisədə rəqabət üstünlüklərini itirirlər.

Daha çox göstər
Back to top button