BaşlıcaSiyasət

“Azərbaycan camaşırxanası” kəşfindən illər keçsə də, hələ də avropalı deputatları “batdırır”

AŞ PA ilə Azərbaycan arasında son dərəcə mürəkkəb münasibətlər yeni mərhələyə qədəm basıb. Bir tərəfdən Bakıda Avropa platformalarında qarşılıqlı sanksiyaların tətbiqi ilə bağlı təkliflər səslənir, digər tərəfdən AŞ PA-nın “qaranlıq keçmişi” ilə bağlı açıqlamalar hətta keçmiş parlament üzvlərini də narahat etməkdədir.

Diqqətəlayiqdir ki, bu aşkarlıqlar Avropanın mərkəzində Azərbaycanın başlatdığı və adı “Azərbaycan camaşırxanası” olan korrupsiya və lobbiçilik sxemi ilə bağlıdır.

Azərbaycan Avropa platformaları və dövlətləri ilə əlaqələrini pozmaqda davam edir. Bu dəfə azərbaycanlıların hədəfində Almaniyadır, çünki almaniyalı deputat AŞ PA-da Azərbaycan nümayəndə heyətinə sanksiya tətbiq etməyi təklif edib.

 Bundan öncə Azərbaycanın Fransa və ABŞ ilə münasibətləri onsuz da pis idi. İndi Bakı bütün bu dövlətləri tərəfkeşlik olmaqda ittiham edir.

Analitiklərsə Ermənistanda bu münasibəti aydın taktikayla aqressiyaya və gələcək danışıqlar  ərzində  istənilənə nail olmaq məqsədini  izah edir.

Hücum zamanı və hücumdan sonra arzulanan məqsədlərə nail olunduğu halda, Azərbaycan hazırda Qərb platformalarının vasitəçilik işini imtina edir və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

AzərbaycanşünasTatevik Hayrapetyanın təhlilinə görə, Qərbin dəyişən siyasətinin səbəbi elə budur.

“Son zamanlar bu tendensiya ondan əvvəl də olub, Azərbaycan prezidenti son dəfə Avropa rəsmilərinin ünvanına ən təhqiramiz ifadələr  səsləndirib.

Məsələn, Əliyevin özü, səhv etmirəmsə, dekabrın 6-da olan çıxışında Avropa Şurası Parlament assambleyası deputatlarını, o  zaman  qətnamə qəbul edilirdi, manyaklar adlandırmışdı.  

Avropanın və ümumilikdə Qərb cəmiyyətinin problemi “Artsaxda etnik təmizləmədən sonra Azərbaycan torpedalamağa və bu platformalardan imtina etməyə başladı.

Son yaxınlarda Lavrov da dedi ki, Azərbaycan deyir ki, onlar mənə lazım deyil”.

Bütün bunların ardınca AŞ PA-da Azərbaycan nümayəndə heyətinə qarşı sanksiyaların tətbiqi qərarı verilib. “Bərabər hüquqlar naminə” qeyri-hökumət təşkilatının sədri Qayane Abrahamyan hətta sanksiyalar tətbiq edərkən Azərbaycan tərəfinin inadlı davranışlarından təəccüblənibdir.

“Bəli, anlaşılandır indiki amildə Avropanın mümkün alətləri  və ya alət tərkibi o qədər də çox deyil. Lakin o da anlaşılandır ki,  Əliyevin özbaşnalığı həmçinin sonsuz ola bilməz”.

Sanksiyalardan sonra da Azərbaycan özünü Avropa dövlətləri ilə bərabər səviyyədə təqdim etməyə cəhd edir. Azərbaycanlı deputatlardan biri Almaniyaya qarşı qarşılıqlı sanksiyaların tətbiq edilməsini və oradan avtomobil idxalının dayandırılmasını, həmçinin Azərbaycanda fəaliyyət göstərən bəzi qurumların fəaliyyətinin məhdudlaşdırılmasını təklif edib.

O, həmçinin israr edir ki, bu tədbirlər çoxşaxəli olmalı və bütün sahələri əhatə etməli, diplomatik, iqtisadi, kommersiya və mədəniyyət sahələrində aydın şəkildə göstərilməlidir.

Bu arada AŞ PA-nın Ermənistanda olan  nümayəndə heyətinin üzvü, deputat Sona Ğazaryan AŞ PA ilə Azərbaycan arasındakı münaqişə ilə bağlı bunları deyib:

“Növbəti dəfə Parlament Assambleyası ilə əməkdaşlığın bütün sərhədlərini yandırmaq istiqamətiylə gedirlər. Bu, təbii ki, problemdir. Bu, demokratik təsisatların olmaması ilə bağlı beynəlxalq ictimaiyyətin aydın mövqeyidir. Bu, Azərbaycana təzyiq göstərmək cəhdidir ki, onu başqa platformaya gətirməyə çalışsın”.

Azərbaycanşünas  Tatevik Hayrapetyan Azərbaycanda Avropa dəyərlərinə qarşı ciddi təbliğat aparıldığını və bunların əxlaqsızlıq zəminində təqdim edildiyini bildirir.

“Siz təsəvvür etməzsiniz ki, onların sahələrində hansı təbliğatlar aparılır, güya onlar “İstanbul Konvensiyası”nı ratifikasiya etməkdən imtina etdikləri üçün, çünki cinsi azlıqların hüquqlarını tanımaqdan imtina etdikləriçün onlardan imtina edilib.

Nə cür təbliğat desəniz aparılır, yəni, onlar(avropalılar), Azərbaycanın qazandıqları qələbəyə   özünəməxsus problemləri  özü həll etdiyinə  görə bu cür rəftar edilməsini həzm edə bilmirlər.

Və bu yolla Qərbə qarşı fəal şəkildə  düşmənçilik yaratmaq təbliğatı davam edilir”.

Nə qədər ki, Qərb Azərbaycanı demokratiya müstəvisinə gətirə bilmir, Bakı “Azərbaycan camaşırxanası” vasitəsilə Avropa siyasətçilərini “batdırmağa” nail olur.

Daha iki Avropa adı AB-də geniş tətbiq olunan “Azərbaycan çamaşırxanası” adlı çirkli pulların yuyulması və lobbiçilik fəaliyyətlərində iştirakına görə hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib.

 Almaniya prokurorluğu Avropa Şurasında Bakının lehinə səs vermək və müsbət imic yaratmaq müqabilində Azərbaycandan rüşvət almaqda şübhəli bilinən iki keçmiş parlamentariyə qarşı cinayət işi qaldırıb.

Cinayət işinə görə, Bakı 2,9 milyard dollar dəyərində olan məxfi Fonddan, məsələn, Bakıya səs verməyə razı olan və ya AŞ PA-nın insan haqları üzrə hesabatlarında müsbət rəy bildirən deputatlara pulsuz səfərlər və bahalı hədiyyələr təklif etmək üçün istifadə edib. Ölkədə onlarla siyasi xadim həbs edilib.

Almaniya Xristian Demokrat İttifaqının keçmiş deputatları Aksel Fişer 2009-cu ildən, Eduard Lintner 2021-ci ildən deputat deyillər. Keçmiş siyasətçi Karin Strenz də onların sırasında şübhəli qismində idi, lakin o, 2021-ci ildəvəfat etdi

2017-ci ildə üstü açılan “Azərbaycan camaşırxanası”nda iştirakına görə müxtəlif ölkələrdən onlarla siyasətçi artıq cəzalandırılıb.

Erməni analitiklər ümidvardır ki,  bu Bakını cəzalandırmağın hələ  başlanığıcıdır.Nə qədər ki,  özbaşnalıq  davranışıyla və genişlənməpərəstlik planlarıyla Azərbaycan region sülhünə ciddi təhlükə doğurur.

Daha çox göstər
Back to top button