BaşlıcaSiyasət

Azərbaycan pullarıyla necə avropalı deputatlar alınır

Almaniyanın Prokurorluğu Avropa Şurasında Bakının lehinə səs verməsi müqabilində Azərbaycandan rüşvət almaqda şübhəli bilinən  dörd nəfərə, o cümlədən iki keçmiş deputata qarşı rüşvətxorluq və korrupsiya ittihamları irəli sürüb.

Bu haqda Korrupsiya və mütəşəkkil cinayətkarlığın araşdırılması mərkəzi(OCCRP) bildirir.

Aksel Fişer və Eduard Lintner AŞPA-nın üzvləri olub və “Azərbaycan meqa camaşırxanası” adlanan işə cəlb olunublar. Azərbaycan “kürü diplomatiyasını” Avropanın siyasətinə təzyiq göstərmək üçün istifadə edirdi.

Bakı 2,9 milyard ABŞ dolları məxfi fonddan Avropa deputatlarına pulsuz səfərlər və bahalı hədiyyələr təklif etmək üçün istifadə edib. Bu deputatlar isə bunun əvəzinə, məsələn, Bakının lehinə səs verəcək və ölkədə onlarla siyasi məhbusun həbsdə olduğu bir vaxtda AŞPA-nın insan haqları hesabatlarını bəzəyəcəkdi.

Münhen prokurorları həmçinin pərdə arxasında kömək edən və baratlar həyata keçirən Eduard Lintnerin oğluna, eləcə də  “Lintner and Strenz”-in keçmiş əməkdaşına qarşı  ittiham irəli sürüb.

Münhen Prokurorluğu Azərbaycan parlamentinin keçmiş deputatı Elxan Süleymanov barəsində də araşdırma aparır. O, Bakıda yerləşən ödənişlərin edildiyi Qeyri hökümət təşkilatlara rəhbərlik edib və güman edilir ki, məhz o,  Fişeri cəlb etdi.

Ehtimal olunur ki, Fişer, məsələn, Qarabağda Azərbaycan və Ermənistan arasında müharibəyə səs verərkən rüşvətə görə Azərbaycanın lehinə səs verib.

İstintaq zamanı polis Almaniya Parlamenti (Bundestaq) üzvlərinin ofisləri də daxil olmaqla, Almaniya boyu 20-yə yaxın daşınmaz əmlak obyektlərində axtarış aparıb. Onlar Kipr, Lixtenşteyn, Belçika, Estoniya, Latviya, Azərbaycan, İsveçrə və Türkiyə daxil olmaqla ölkələrə 15-ə yaxın Avropa istintaq sərancamı və ya qarşılıqlı hüquqi yardım sorğusu veriblər.

Daha çox göstər
Back to top button