Başlıcaİctimaiyyət

Reks Kalamyan “Milwaukee Bucks” basketbol klubunun məşqçisi təyin edilib

Ermənistanın milli basketbol komandasının baş məşqçisi Reks Kalamyan NBA-da çıxış edən “Milwaukee Bucks” klubunda çalışacaq.

Bu haqda Ermənistanın Basketbol federasiyasından bildiriblər.  NBA-da 30 illik təcrübəyə malik olan erməni əsilli mütəxəssis “Milwaukee Bucks” basketbol klubunun baş məşqçisi Dok Riversin köməkçisi olacaq.

Reks Kalamyanın rəhbərliyi altında Ermənistanın basketbol komandası 2027-ci il dünya çempionatının ilk seçkiqabağı mərhələsində iştirak edəcək.

Fevralın 22-də Ermənistan ilk oyununu Avstriya ilə keçirəcək, Fevralın 25-də isə Albaniyanı qəbul edəcəkdir.

Daha çox göstər
Back to top button