BaşlıcaSiyasət

Azərbaycan davamlı olaraq diktatura yolu ilə gedir: Qardman-Şirvan-Naxicevan birliyini Əliyevin seçkiqabağı proqramınıa toxunub

Qardman-Şirvan-Naxicevan Ümumerməni birliyi Azərbaycan prezidenti İlham Əliyevin son zamanlarda Azərbaycanda gözlənilən növbədənkənar prezident seçkilərindən əvvəl təqdim etdiyi seçkiqabağı proqramını toxunub.

Birliyin bəyanatı tam şəkildə təqdim edirik.

“Azərbaycanın ictimai-siyasi həyatında insan haqlarının sistematik şəkildə pozulması ibadəti və siyasi riyakarlığı öz qalibiyyət kampaniyasını davam etdirir.

Uzun müddətdir ki, onlar praktiki olaraq insanlığa qarşı cinayətlərin əsas alətinə çevrilsələr də, lakin indi onlar hakim prezidentin seçkiqabağı proqramında planlaşdırılan cinayət əməllərinə birbaşa legitimlik verməklə öz əksini tapıb.

Azərbaycan prezidenti faktiki olaraq Azərbaycanın nəzarəti altında olan erməni xalqının min illər boyu yaşadığı və özünəməxsus mənəvi-mədəni irsini yaratdığı ərazilərini “tarixi vətənidir”, bu “vətənə” böyük qayıdışını isə  milli prioritet hesab edir.

 Bu baxımdan İlham Əliyev bir neçə məqsədlərin həyata keçirilməsini planlaşdırır ki, onlardan güya  azərbaycanlıların milli-mədəni irsinin bərpası və ekoloji mühitin yaxşılaşdırılması daha gülünc görünür.

Biz dəfələrlə qeyd etdik ki, Azərbaycan Dağlıq Qarabağın ərazisində heç bir şəkildə müşahidə olunmayan, qanunsuz məskunlaşma həyata keçirir. 2020-ci ilin 44 günlük müharibəsi nəticəsində Azərbaycanın nəzarəti altına keçən ərazilərin erməni əhalisi məcburi köçürülüb, Noyabrın 9-nun üçtərəfli bəyanatının qaçqınların və daxili məcburi köçkünlərin geri qaytarılması ilə bağlı  7-ci bəndi isə əslində birtərəfli işləməkdədir.

Azərbaycan razılaşmanın həyata keçirilməsi üçün məsuliyyətli tərəf  olaraq həmin razılaşmanın təxminən bütün bəndlərini pozaraq  7-ci bəndindən də yan keçməyib və  xüsusilə Ermənistanla həmsərhəd ərazilərdə naməlum və şübhəli elementlər məskunlaşdırır.

Əgər Azərbaycan prezidenti öz seçkiqabağı proqramında həmçinin qeyd edərdi ki, “azərbaycanlıların milli-mədəni irsinin bərpası” erməni milli-mədəni irsini məhv etməklə, təhqir və şikəst etməklə, mənimsəməklə həyata keçirməyi planlaşdırır, o, daha vicdanlı olardı.

Biz dəfələrlə qeyd etdik ki, hazırda Dağlıq Qarabağda erməni mədəni-dini mövcudluğunun əsaslı şəkildə məhv edilməsini nəzərdə tutan naxicevanlaşma prosesi gedir.

Tarixi Qardman, Şirvan, Naxicevanın bütün ərazisində üç onillik və ondan da əvvəl dövlət səviyyəsində erməni etnosunun soyqırımı siyasəti aparıldı, və əgər 2023-cü ilin Sentyabrında həyata keçirilmiş etnik təmizləmənin nəticəsində məcburi köçkün düşmüş 100 mindən çox erməninin geri qayıtmaq hüququnun realaşması istiqamətində təcili addımlar atılmazsa, bunun hamısı Dağlıq Qarabağda da təkrar edilə bilər.

Dağlıq Qarabağ ermənilərinin geri qayıtması erməni mədəniyyətini ekzistensial təhlükədən xilas edəcək və bununla da Dağlıq Qarabağın təkcə demoqrafik deyil, həm də mədəni azərbaycanlaşmasının qarşısını alacaq.

Bir neçə ay əvvəl tarixi Qardmanın Söyüdlü kəndində təbii mühitin çirklənməsinə qarşı etiraz edən öz yaşlı vətəndaşlarına qarşı qeyri-bərabər polis gücündən istifadə edərək yəqin ki, etiraz dalğasından və baş verənlərlə bağlı məlumatların sızmasından qorxaraq, mətbuat və söz azadlığını yenidən məhdudlaşdıraraq kəndə girişini qadağan edən Azərbaycan prezidenti Dağlıq Qarabağda ekoloji mühitin yaxşılaşdırılmasını da öz üzərinə götürür.

Azərbaycan prezidentinin seçkiqabağı proqramının yalnız bir neçə bəndlərinin öyrənməsi və şərh etməsi Azərbaycanın diktatura, dövlət səviyyəsində erməni nifrəti, sivil dəyərlərin pozulması, etnik təmizləməyə yol verilməsi və cəzasızlığın davamlı şəkildə bərpası yolu ilə getiyini anlamaq üçün kifayətdir, və bu bizim regionumuzun sakitləşməsi və demokratikləşməsi üçün ən böyük təhlükə, eləcə də dünya sivilizasiyasının qəbul etdiyi humanitar dəyərlərdən geri çəkilməkdir”.

Daha çox göstər
Back to top button