BaşlıcaSiyasət

BQXK:  “2020-2022-ci illərdə eskalasiya nəticəsində ER-dan 303 nəfər itkin düşmüş hesab olunur”

Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, 2020-2022-ci illərdə Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi nəticəsində Ermənistandan olan 303 nəfər hələ də itkin düşmüş hesab olunur. Məlumatı BQXK-nın mətbuat xidməti yayıb.

Qeyd olunur ki, 2023-cü il ərzində 62 ailə itkin düşmüş doğmaları üçün axtarış ərizəsi açmaq üçün BQXK-ya müraciət edib.

Nəticədə 12 ailə yaxınlarının taleyindən xəbər tutub.

Daha çox göstər
Back to top button