BaşlıcaEkonomika

Ötən ildə Ermənistanın xarici ticarət dövriyyəsi 20 milyard 723,2 milyon dollara çatıb

2023-cü ildə Ermənistanın xarici ticarət dövriyyəsi ötən ilin göstəricisini 46 faizlə ötüb keçərək 20 milyard 723,2 milyon dollara çatıb. Bu haqda Staristika komitəsi xəbər verir.
Dekabrda bu, 2022-ci ilin eyni ayı ilə müqayisədə 72 faizlə, 2023-cü ilin Noyabrın göstəricisindən isə 17,7 faizlə çox olub.
İxracın həcmi 2022-ci illə müqayisədə 55,3 faizlə artaraq təxminən 8,415 milyard dollara çatıb. Dekabrda keçən ilin müvafiq ayının göstəricisi 2,4 dəfə artıq olub, 2023-cü ilin Noyabr ayı ilə müqayisədə isə 27 faiz artıb.

2023-cü ildə Ermənistana idxal olunan malların həcmi ötən illə müqayisədə 40,2 faiz artaraq 12,308 milyard dollar təşkil edib. 2022-ci ilin Dekabr ayı ilə müqayisədə artım 33,2 faiz, 2023-cü ilin noyabrında isə 9,2 faiz olub.

2023-cü ilin Yanvar-Dekabr ayları üçün dramın məzənnəsi 1 ABŞ dolları üçün 392,48 dram səviyyəsində hesablanıb.

Daha çox göstər
Back to top button