BaşlıcaSiyasət

ABŞ senatorları Azərbaycanın insan haqlarının vəziyyəti və ABŞ-ın yardımına yenidən baxılması ilə bağlı qətnamə təqdim ediblər

ABŞ senatorları Ed Marki və Bill Kessidi Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı hesabat tələb edən qətnamə təqdim ediblər. Bu barədə ABŞ-ın Erməni Komitəsi məlumat yayıb.

Senatorlar Ed Marki və Bill Kessidi Xarici Yardım Aktının 502B(c) Bölməsi (Xarici Yardım Aktının 502B(c) Bölməsi Konqresə ölkənin insan hüquqları ilə bağlı məlumat tələb etməyə icazə verir) əsasında Azərbaycanın insan hüquqlarının vəziyyəti haqqında hesabat tələb edən ikitərəfli qətnamə təqdim ediblər.

Qətnamədə Dövlət Departamentindən Azərbaycanın istər ölkə daxilində, istərsə də Dağlıq Qarabağa qarşı davam edən hərbi hücumu zamanı erməni əhalisinin etnik təmizləməsinə səbəb olan insan hüquqlarının pozulması ilə bağlı məlumat tələb olunur. Senatorlar Marko Rubio, Qari Piters, Elizabet Uorren, Şeldon Uaythaus, Bob Menendez və Piter Uelç qətnaməyə qoşulublar.

Senator Ed Marki vurğulayıb ki, Azərbaycan hökumətinin məsuliyyətə cəlb edilməsi zamanıdır.

“Hərbi əməliyyatlar heç vaxt Dağlıq Qarabağda sülh və sabitliyin həlli yolu olmayıb. Bu qətnamə insan haqlarını qorumaq və regionda etnik ermənilərə qarşı cinayətləri dayandırmaq üçün Azərbaycan hökumətinə təzyiq göstərir. Biz Dağlıq Qarabağ xalqının iradəsini, hüquqlarını və əsas azadlıqlarını qorumalıyıq”, – Marki bildirib.

Senator Kessidi Azərbaycan tərəfindən kilsələrin dağıdılmasını xatırladıb.

Senatorların qətnaməsində Dövlət Departamentindən Azərbaycan tərəfindən törədilən insan haqları pozuntuları, o cümlədən özbaşına qətllər, əsirlərə işgəncə verilməsi, etnik ermənilərin Dağlıq Qarabağdan köçü, dini və mədəni obyektlərin dağıdılması ilə bağlı ətraflı məlumat tələb olunur.

Xarici Yardım Aktının 502B(c) Bölməsi hökuməti beynəlxalq səviyyədə tanınmış insan haqlarını kobud şəkildə pozan hər hansı bir ölkəyə ABŞ-ın təhlükəsizlik yardımını qadağan edən uzunmüddətli, lakin istifadə olunmamış qanundur.

Daha çox göstər
Back to top button