BaşlıcaSiyasət

Azərbaycan tərəfindən BMT Beynalxalq məhkəməsinə Artsaxla bağlı hesabat təqdim etmək müddəti çatıb

BMT Beynalxalq Ədalət məhkəməsi 2023-cü ilin Noyabrın 17-də Ermənistanın Azərbaycana qarşı ərizəsi ilə bağlı Azərbaycana qarşı  müvəqqəti tədbirin tətbiqi haqqında qərarı yayılıb.

Qeyd edək ki, Sentyabrın 19-da Artsaxa qarşı həyata keçirilmiş hərbi təcəvüz və etnik təmizləmədən sonra Sentyabrın 28-də Ermənistan Dağlıq Qarabağın erməni əhalisinə qarşı irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında beynəlxalq konvensiyanın pozulması iddiası ilə bağlı Azərbaycana qarşı BMT-nin Beynəlxalq Ədalət məhkəməsində iddia təqdim edib.

Ermənistan Azərbaycana qarşı müvəqqəti tədbirin tətbiqi ilə bağlı müraciət edərək Bakıdan “birbaşa və ya dolayısı ilə Dağlıq Qarabağdan qalan etnik ermənilərin məcburi köçürülməsinə yönəlmiş hər hansı hərəkətdən” çəkinməsini tələb edib və bir sıra digər tələblər irəli sürüb.

“Məhkəmə belə nəticəyə gəlir ki, əvvəlan Azərbaycan Sentyabrın 19-dan sonra baş vermiş hadisələr zamanı Dağlıq Qarabağı tərk etmiş şəxslərin maneəsiz və təhlükəsiz qayıtmasını təmin etməlidir.

İkincisi, Sentyabrın 19-dan sonra Dağlıq Qarabağda qalan və bu ana qədər orada olan insanların, istəsələr, oranı tərk etmək imkanı olmalıdır.

Üçüncüsü, insanların Dağlıq Qarabağa maneəsiz və təhlükəsiz giriş-çıxışını təmin edilməlidir” –  deyə məhkəmənin sədri Coan Donahyu bildirib.

Məhkəmə hesab edib ki, bərpası mümkün olmayan zərərin vurulması riski ilə bağlı konvensiyada nəzərdə tutulmuş hüquqların pozulması var, bu risk məhkəmənin bu iş üzrə yekun qərar qəbul etməzdən əvvəl təcilidir və “Azərbaycan istəyən şəxslərin geri qaytarılmasını, eləcə də onların öz yaşadıqları yerdə təhlükələr olmadan yaşamalarına şərait yaradılmasını təmin etməlidir”. 

Beynalxalq Ədalət məhkəməsi Azərbaycanı həmçinin Bakının öz qanunvericiliyində təsbit etməli olduğu Dağlıq Qarabağ sakinlərinin mülkiyyət hüquqlarını təsdiq edən sənədləri qorumaq, məhv etməməyi məcbur edib.

Qərar Azərbaycanı 8 həftə ərzində qeyd edilmiş istiqamətlərdə həyata keçirilmiş işlər barədə məhkəməyə hesabat təqdim etməyi məcbur edib. Hesabat təqdim etmək üçün 8 həftə müddəti artıq başa çatıb. Yeri gəlmişkən, hesabat Ermənistana da göndəriləcək və o, bununla bağlı öz şərhini verə biləcək.

Daha çox göstər
Back to top button