Ermənistanın İqtisadiyyat naziri Vahan Kerobyan işgüzar səfərlə Ermənistanda olan “Ümumdünya İnvestisiya Konqresinin” baş direktoru Valid Farğalı qəbul edib. Bu görüşdə “Enterprise Armenia” Fondunun investisiya üzrə meneceri Aram Vardanyan da iştirak edib.
Mətbu xəbər verir ki, bununla bağlı Ermənistanın İqtisadiyyat nazirliyi məlumatlandırıb.
Bu görüş ərzində Konqres tərəfində təşkil olunan Ümumdünya İnvestisiya Forumunda (AİM) Ermənistanın iştirakı və erməni pavilyonunun iştirakıyla bağlı məsələlər müzakirə olunub.
Tərəflər investisiya mühitinin yaxşılaşdırılması və investisiya cəlbediciliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlərə dair fikir mübadiləsi aparıblar.
Konfrans ildə iki dəfə 160 ölkədən 6000-dən artıq investisiya maraqlı tərəfini bir araya gətirən qlobal investisiya və inkişaf platformasıdır.