BaşlıcaBeynəlxalq

Senator:  “ABŞ Azərbaycanı Ermənistana hərbi əməliyyatlara qarşı xəbərdarlığı davam edəcək”  

Mən ABŞ administrasiyasından zəmanət almışam ki, administrasiya Azərbaycanı Ermənistana qarşı hərbi əməliyyatlardan çəkinmək barədə xəbərdar etməkdə davam edəcək. Bu barədə ABŞ senatoru Kris Van Hollenin Türkiyəyə F-16 döyüş təyyarələri satmasına mane olmayacağı məsələsinə  aydınlıq gətirdiyi rəsmi açıqlamada qeyd olunub.

Türkiyənin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsi uzun müddət gecikməsinə baxmayaraq, bu, NATO üçün çoxdan gözlənilən bir addımdır.

Bununla belə, mənim əvvəlki kimi bizim müttəfiqlərimizin Suriya kürdləri üzərinə  Erdoğanın  davam edən hücumları baxımından  narahatlığım var.

Onun Şərqi Aralıq dənizində aqressiv hərəkətləri və Azərbaycanın Dağlıq Qarabağa qarşı hərbi hücumlarının dəstəklənməsində oynadığı rolla bağlı hələ də ciddi narahatlığım  mövcuddur.

 Mən Bayden administrasiyasına bu məsələlərlə bağlı məlumat vermək və suallarımı cavablandırmaq üçün vaxt ayırdığı üçün minnətdaram” – deyə senatorun bəyanatında bildirilir.

Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanın hərbi təyyarələrin Yunanıstanın hava məkanına müdaxiləsini dayandırmasından məmnun olsa da, ABŞ administrasiyası Yunanıstan və Türkiyə arasında davam edən dialoqun asanlaşdırılması üçün bu məsələni yaxından izləməyə davam etdiyini bildirib.

“Bundan əlavə, mən administrasiyadan zəmanət almışam ki, o, Azərbaycanı Ermənistana qarşı növbəti hərbi əməliyyatlardan çəkinmək barədə xəbərdar etməkdə davam edəcək və bu münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün Türkiyə ilə birlikdə çalışacaq”.

Mən Erdoğanın Suriyanın Şimal-Şərqində Suriya Demokratik Qüvvələrinə (SDQ) hücumlarından dərin narahat olaraq qalıram.

Lakin administrasiya məni əmin etdi ki, SDQ ilə işləyən ABŞ qüvvələrinə təhlükə də daxil olmaqla, bu hücumlara qətiyyətlə müqavimət göstərməkdə davam edir və davam edəcəyini təsdiqləyir.

Hansı ki, “İslam Dövləti”ni darmadağın etməkdə iti nizə rolunu oynayır. Administrasiya mənə bu öhdəliyi SDQ-ə daha aydın şəkildə çatdıracaqlarını bildirdi” – deyərək Van Hollen bildirib.

Onun sözlərinə görə, həmin təminatlara əsaslanaraq, birgə qətnamə təqdim etməklə F-16-ların Türkiyəyə satışını qadağan etməyə çalışmır.

“Lakin mən bu mühüm təminat məsələləri ilə bağlı administrasiya ilə daimi əlaqə saxlamağa davam edəcəyəm. Aydındır ki, biz önümüzdəki həftələrdə və aylarda Türkiyəni diqqətlə izləməliyik. Hərəkətlər sözdən   daha artığına dəlalət edir”- deyərək  o, qeyd edib.

Daha çox göstər
Back to top button