BaşlıcaSiyasət

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu öz müşahidəçisinin Azərbaycandan deportasiya edilməsi haqda

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu bu təşkilatın missiyasının qısamüddətli müşahidəçisi Nik Guggerin Azərbaycana girişindən imtina olunduğunu təsdiqləyib.

“Hazırda dəqiq səbəb bizə məlum deyil, amma hakimiyyətə müraciət etdik və cavab gözləyirik”, – ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun mətbuat katibi Katya Andruş Turan-ın sorğusuna cavab olaraq deyib.

O qeyd edib ki, “ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu müşahidə missiyasında iştirak etmək üçün müşahidəçinin ölkəyə mümkün girişi barədə qərarın qəbulunda rol oynamır. Bu, ezam edən dövlətlə ev sahibi ölkə arasında ikitərəfli məsələdir”.

Xatırladaq ki, söhbət isveçrəli deputat Nik Guggerdən gedir. Fevralın 3-də o, İsveçrə nümayəndə heyətinin tərkibində Bakıya gəlib, lakin saxlanılaraq İstanbula göndərilib.

Daha çox göstər
Back to top button