BaşlıcaMədəniyyətSiyasət

Azərbaycan Artsaxda mədəni soyqırım həyata keçirir: Vankasar kilsəsinin Xaçı götürülüb

Azərbaycan sosial şəbəkə platformalarında dərc olunmuş şəkillərdə Vankasar kilsəsinin Xaçı artıq yoxdur. Bu haqda Hayk mədəniyyətinin Ombudsmeni Hovik Avanesov xəbərdar edir.

“Azərbaycanın dövlət təbliğat maşını bu kilsəni də ağvan kilsəsi olaraq  təqdim edir. Bu fakt bir dəfə daha sübut edir ki, Azərbaycan işğal olunmuş Artsaxda dövlət səviyyəsində mədəniyyət  soyqırımını həyata keçirir.

1954-cü il Haaqa Konvensiyasının 4-cü maddəsi mədəniyyət  irsinə qarşı vandalizm, oğurluq, soyğunçuluq, mənimsəmə, düşmənçilik və qisas hərəkətlərini qadağan edir. 1954-cü il tarixli ilk Haaqa protokoluna əsasən, işğal olunmuş ərazilərdə mədəniyyət və dini dəyərlərin məhv edilməsi qadağandır.

Xatırlatmaq lazımdır ki, Haaqanın Beynalxalq ədalət məhkəməsi 2021-ci ilin Dekabrın 7- də qəbul edilmiş qərara əsasən, erməni kilsələrinin murdarlama hərəkətləri qadağan edilib.

 “Azərbaycan erməni mədəniyyət irsinə qarşı həyata keçirilən vandalizm və təhqiramiz hərəkətlərin qarşısının alınması və cəzalandırılması üçün bütün lazımi tədbirləri görməlidir…”  (International Court of Justice, Application of the International Convention on the Elimination of All Forms of Racial Discrimination (Armenia v. Azerbaijan), 7 December 2021, No. 2021/34).

AŞPA-nın 2583 saylı qətnaməsinə əsasən isə, erməni mədəniyyət dəyərlərinin erməni olduğu faktlarının inkarı və  onların albanvanlara mənsub olması “Azərbaycanın uydurması” kimi tanınıb. (Parliamentary Assembly of the Council of Europe, Humanitarian consequences of the conflict between Armenia and Azerbaijan / Nagorno-Karabakh conflict, Resolution 2391 (2021), article 18.4).

Daha çox göstər
Back to top button