BaşlıcaSiyasətTəhlil

Beynalxalq qurumlar işləmirlər: nüvə silahı üçüncü ümumdünya müharibəsinin qarşısını alacaqmı?

Martın ortalarına qədər, İran, Rusiya və Çinin hərbi-dəniz qüvvələri birgə təlimlər keçiriləcəklər. Təlimin yayılan məqsədi regionun təhlükəsizliyi və ümumi maraqların müdafiəsidir. Bu təlimlər hazırkı qlobal təhlükəsizlik partlayıcı, o cümlədən Yaxın Şərqdə davam edən münaqişə, Yəməndə müharibə, ABŞ-ın İrana yönəlmiş ittihamları, ABŞ tərəfindən İrana birbaşa zərbə endirmək çağırışı, İranın London və Vaşinqtona regionun qəzəbinə səbəb olmamağa çağırışı və s. baş verməkdədir.

Uzun müddətdir ki, beynəlxalq münasibətlərdə dövlətlər arasında münasibətlər hüquqa, qarşılıqlı fəaliyyətə, hamılıqla qəbul edilmiş və uzun müddət müzakirə edilən qaydalara əsaslanmayıb.

Bu haqda hərbi-siyasi məsələlər üzrə ekspert Armine Marqaryan “Radiolur”la söhbətində bildirib. Onun sözlərinə görə, bu artıq Ukrayna müharibəsində daha bariz şəkildə təzahür edilib.

“Əslində, hazırda dünyada dünya nizamında yeni qanunların bərqərar olmasına yönəlmiş yenidən qurulmalar baş verir. Düşünürəm ki, təkqütblü dünya nizamı artıq mövcud ola bilməz”.

Ekspertin müşahidəsinə görə, çoxqütblü dünya nizamı isə özündə müxtəlif mexanizmləri daxil etməyə və müxtəlif qurumlar formalaşmağa başlayır.

“Qurumlardan biri Rusiya-Çin-İran əməkdaşlıq formatı müşahidə oluna bilər”.

Bu kontekstdə, ekspert dünyada baş verən prosesləri müşahidə edir.

Bu hamısı üçüncü ümumdünya müharibəsinə gətirib çıxarıb-çıxaracaq sualını cavablandırarkan Armine Marqaryan deyir ki, onun subyektiv fkirincə, müharibə çoxdan başlayıb, amma sadəcə tarixdən bildiyimiz şəkildə deyil.

Ekspert qeyd edir ki, bu baxımdan alətlər dəyişib, məsələn, indi iqtisadi sanksiyalar tətbiq olunur, hibrid üsulla müharibələr aparılır və s. Bütün bunların nə dərəcədə üzbəüz qarşıdurmaya çevriləcəyini söyləmək çətindir. Ekspertin fikrincə, lakin bu gün bir şey çox aydın görünür ki, heç bir beynəlxalq təşkilat bu gün öz funksiyalarını yerinə yetirə bilmir.

“Bu bir faktdır ki, bu gün vəziyyət o qədər qızışıb ki, beynəlxalq strukturları nəzərdən keçirmək lazımdır”.

Hər tərəfdən təhdidedici bəyanatlar və buna müvafiq proqnozlar səsləndirdiyi halda, böyük münaqişə olmadan, üçüncü ümumdünya müharibəsi başlamadan bu struktur sistemlərə yenidən baxmaq və yeni dünya nizamı yaratmaq nə dərəcədə mümkün olacaq?

Məsələn, çin Global Times qəzeti yazıb ki, Şimali Atlantika müqaviləsi təşklatının (NATO) baş katibi Yens Stoltenberqin Rusiya və Çin barədə bəyanatı ittifaqın ümumdünya müharibəsinə başlamaq istəyini sübut edir.

NATO-nun baş katibi Çini uzunmüddət presoektivdə ən böyük təhlükə, Rusiyanı isə bunlardan ən təcilisi adlandırıb. ABŞ keçmiş Prezidenti Donald Tramp isə öz inamını ifadə edib ki, ABŞ hazırkı Prezident Co Baydenin fəaliyyətinin nəticəsində, üçüncü ümumdünya müharibəsi onun prezident müddətinin sonuna qədər başlaya bilər.

Ekspert qeyd edir ki, dünya nizamları, mahiyyətcə, məhz ümumdünya müharibələrindən sonra formalaşıblar. Onun fikirincə, lakin hazırda eyni prosesin, belə demək mümkünsə, həmin ənənəvi müharibə vasitəsilə ola biləcəyini təsəvvür etmək çətindir.

“Bu gün dünyanın çox mühüm çəkindirmə vasitəsi var, o, nüvə silahıdır. Yəni bu gün hamıya aydındır ki, bir-birindən narazı olan və qlobal dünya nizamında qaydalar diktə etmək üçün müraciət edən dövlətlərindən çoxu nüvə imkanlarına malikdirlər.

Ona görə də hesab edirəm ki, burada danışıqlar masası arxasında oturmağın nə qədər mümkün olacağı barədə danışmalıyıq”.

Eyni zamanda, ekspertin fikirincə, vəziyyət o qədər alovludur ki, çəkindirmə vasitələri efektiv deyil, deməli masa arxasında oturmağı hamımız üçün arzuolunandır.

Ermənistana gəlincə, ekspert hesab edir ki, bizim ölkəmiz bu prosesdən zərər çəkmiş yox, faydalı çıxmaq üçün  öz əməkdaşlıq sahəsi müxtalif mərkəzlərlə mümkün qədər genişlənməlidir.

Daha çox göstər
Back to top button