BaşlıcaBeynəlxalq

KİV: “Avropa Birliyində RF diplomatlarının hərəkətini məhdudlaşdırmağı tələb edib”

“Politico” mətbusu məlumatlı mənbələrə istinadən xəbər verir ki, Avropa Birliyində 13-cü sanksiya paketi çərçivəsində rus diplomatlarının akkreditə olunduğu ölkə tərəfindən hərəkətinin məhdudlaşdırılması təklif edilib.

“İdeya… Rusiya diplomatlarının bütün Şengen zonası daxilində deyil, akkreditə olunduğu ölkə tərəfindən hərəkətini məhdudlaşdırmaqdır” –  deyə mərbu yazır.

Qeyd olunub ki, bu təklifi bir müddətdir rus diplomatlarının sərbəst hərəkətinin dayandırılmasını dəstəkləyən Çexiya təqdim edib.

Qəzet onu da yazıb ki, belə bir şeyi həyata keçirmək asan olmayacaq, çünki Şengen zonası daxilində hərəkət əsasən idarə olunmur.

Ötən il “Financial Times” yazmışdı ki, Avropa Birliyi 12-ci sanksiyalar paketi çərçivəsində Çexiyanın təklif etdiyi rus diplomatlarının hərəkətinə mümkün məhdudiyyətləri nəzərdən keçirir.

Daha çox göstər
Back to top button