BaşlıcaSiyasət

Ararat Mirzoyan Daimi Arbitraj Məhkəməsinin baş katibi ilə görüşüb

Hollandiyaya işgüzar səfəri çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Daimi Arbitraj Məhkəməsinin baş katibi Marçin Çepelak ilə görüşüb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Daimi Arbitraj Məhkəməsinin fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub. ER ilə beynəlxalq məhkəmə strukturları, o cümlədən Beynəlxalq Cinayət Məhkəməsi arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Həmsöhbətlər Cənubi Qafqazda ümumi təhlükəsizlik vəziyyəti, mövcud problemlər barədə fikir mübadiləsi aparıblar.

Daha çox göstər
Back to top button