BaşlıcaSiyasət

AXCP fevralın 7-də keçirilən seçkilərin nəticələrini tanımadığını açıqlayıb

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərinin nəticələrini tanımadığını açıqlayıb.

Partiyanın bəyanatında ədalətli siyasi rəqabət üçün şəraitin olmaması, hökumət tənqidçilərinə və jurnalistlərə qarşı repressiyalar həyata keçirdiyindən bu seçkiləri boykot etdiyi xatırladılır.

AXCP bəyan edir ki, 7 fevral tarixində keçirilmiş prezident seçkiləri tam rəqabətsiz, hüquq və azadlıqların tam məhdudlaşdırıldığı, qorxu və təhdid, inzibati terror mühitində keçirildiyi üçün gerçək seçki olmayıb, elan edilən nəticələr xalq iradəsinin ifadəsi deyil və qeyri legitimdir.

AXCP bəyan edir ki, ölkəmizdə azad və ədalətli seçkilərin keçirilməsinə nail olmaq üçün bütün konstitusion vasitələrdən istifadə edəcək və xalqımızı da bu mübarizədə elliklə iştiraka çağırır.

AXCP azad və ədalətli seçkilərə nail olmaq üçün bütün konstitusion vasitələrdən istifadə edəcəyini bəyan edir.

Daha çox göstər
Back to top button