BaşlıcaSiyasət

Mirzoyan Niderland parlamentarilərinə: “ER-nın konstruktiv yanaşmaları həmişə adekvat cavab almır”

Fevralın 7-də ER Xarici işlər naziri Ararat Mirzoyan Haaqada Niderland Parlamentinin Xarici Əlaqələr üzrə  Daimi Komitəsinin sədri Raymond de Rohn və parlamentdəki əksər partiyaları təmsil edən komitə üzvləri ilə görüşüb. Bu barədə  jurnalistə ER XİN-dən məlumat verilib.

Ermənistan Respublikasının Xarici işlər naziri qeyd edib ki, Ermənistan demokratik islahatlar yolu ilə gedir və bunun nəticəsində hazırkı nailiyyətlər müvafiq beynəlxalq göstəricilərdə də öz əksini tapıb.

Nazir Mirzoyan Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinə toxunaraq, regionda sabitliyin və sülhün bərqərar olması ilə bağlı ER-nin baxışını və bu istiqamətdə görülən səyləri parlamentarilərə təqdim edib.

Nazir ER-nin konstruktiv yanaşmalarının heç də həmişə adekvat cavab almadığını qeyd edərək, Azərbaycanın müvafiq siyasi iradə və aydın öhdəlik nümayiş etdirməsinin vacibliyini vurğulayıb.

Ararat Mirzoyan Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində əsas prinsipləri, o cümlədən ərazi bütövlüyünə və sərhədlərin bölünməzliyinə qeyd-şərtsiz hörmətin vacibliyini vurğulayıb.

Regional nəqliyyat və iqtisadi kanalların bloklanması kontekstində Ararat Mirzoyan qeyd edib ki, ER üçün vacib olan dörd suverenlik, yurisdiksiya, qarşılıqlılıq və bərabərlik prinsipləri ən yaxşı şəkildə ER hökuməti tərəfindən hazırlanmış “Sülh kəsişməsi” proqramında öz əksini tapıb.

ER Xarici siyasət idarəsinin rəhbəri, həmçinin regional hadisələr, Dağlıq Qarabağda etnik təmizləmə nəticəsində məcburi köçkün düşmüş ermənilərin hüquq və ehtiyaclarının həlli, ER-AB tərəfdaşlığının möhkəmləndirilməsi və məsələlərlə bağlı Niderland parlamentarilərinin suallarını cavablandırıb.

Görüşdə regionda sabitliyin dəstəklənməsi və dövlətlərin rifahının təmin edilməsi məqsədilə Ermənistan və Niderland arasında, o cümlədən parlamentarilər səviyyəsində,  həmçinin ER-AB formatında əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduğu vurğulanıb.

Daha çox göstər
Back to top button