BaşlıcaSiyasət

Qardman-Şirvan-Naxicevan Ümumerməni birliyi Bakıda ATƏT müşahidə missyasının nümayəndəsinin həbsinə toxunub

Qardman-Şirvan-Naxicevan Ümumerməni birliyi Bakıda ATƏT müşahidə missyasının nümayəndəsinin həbsinə toxunub.

Birliyin yayılmış bəyanatını diqqətinizə təqdim edirik.

“ATƏT müşahidə missiyasının isveçrəli nümayəndəsi Nik Guger Bakı hava limanında həbs olunub, sonra bir müddət saxlanıldıqdan sonra Türkiyəyə deportasiya edilib. Nə Bakı, nə də İsveçrə tərəfindən hələlik rəsmi şərh verilməyən bu şübhəli reallıq təhlükə altında olan Azərbaycan-Avropa dialoqu fonunda nəzərdən keçirilməlidir.

Nik Guger həmçinin AŞPA-nın üzvüdür. Xatırlamaq lazımdır ki, bir neçə gün öncə AŞPA Azərbaycanda insan hüquq və azadlıqlarının faciəli vəziyyəti və növbədənkənar seçkilərə izləmək üçün AŞPA-nı dəvət olmamağı, eləcə də Dağlıq Qarabağın əhalisinə qarşı müharibəsini əsas götürərək Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməyib. AŞPA-nın bu qərarına cavab olaraq Azərbaycan prezidenti Azərbaycanın Avropa Şurası və İnsan hüquqları üzrə Avropa məhkəməsinə üzvlüyünə yenidən baxacağı ilə hədələyib. Ona görə də Nik Gugerin deportasiyasını Azərbaycanın AŞPA-ya bir növ cavabı kimi hesab etmək olar.

Azərbaycanın bu addımı  növbəti  dəfə sübut edir ki, Azərbaycan rejimi Avropanın həm humanitar, həm də hüquqi dəyərlər sisteminə dərindən nifrət edir. Öz daxili və xarici siyasətinin qeyri-humanist məntiqini və ideologiyasını  yenidən nəzərdən keçirmək, Dağlıq Qarabağa qarşı həyata keçirilmiş etnik təmizləmək faktı ictimai qəbul etmək və nəticələrin aradan qaldırılması istiqamətində işləmək əvəzinə Azərbaycan müşahidə olunmayan, lakin proqnozlaşdırıla bilən və teatrlaşdırılmış seçkilər sayəsində ifrat millətçi aqressiv ideologiyanın təqdim edilməsi üçün əlverişli şərait yaradaraq, dünya arbitrajına və sivilizasiya dəyərlərinə qarşı əlcək atır.

Qardman-Şirvan-Naxicevan Ümumerməni birliyi Azərbaycanın inamlı qeyri-konstruktivizmini qətiyyətlə pisləyir və Avropa ictimaiyyətini AŞPA deputatı ilə bu cür davranan rejimin sadə vətəndaşlarla, xüsusən də silahsız erməni mülki əhalisi ilə necə davrana biləcəyini nəzərdən keçirməyə çağırır”.

Daha çox göstər
Back to top button