BaşlıcaSiyasət

“Əliyev öz mahiyyəti ilə diktatordur və Azərbaycanda demokratiyaya doğru “geriləmə” olmayacaq”: Davtyan (VİDEO)

Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin nəticələrinə görə, İlham Əliyev 5-ci dəfə Azərbaycan prezidenti seçildi. Seçkilərin ciddi və gerçək rəqabət olmadan keçirilməsinə baxmayaraq, səsvermə prosesi seçki pozuntuları və müstəqil müşahidəçilərin işinə maneçiliklə müşayiət olunub.

Azərbaycanşünas Garnik Davtyan İctimai Radio ilə söhbətində qeyd edib ki, seçkiləri təhlil etməzdən əvvəl, xüsusən də jurnalistlərə və fəallara qarşı böyük həbs dalğası ilə müşayiət olunan seçkiqabağı prosesə toxunmaq vacibdir, çünki bu həbslərin səbəb həmin seçkilərdə baş verən pozuntular və təzyiqlərlə bağlı məlumatların sızmasına imkan verməməkdi və ilk hədəf Əliyevin real üzünü təqdim edə bilən jurnalistlər olub.

“Seçkilərə gəlincə, bilirik ki, özlərini müxalif qüvvə kimi təqdim etməyə çalışan, lakin Əliyevə xidmət edən dırnaqarası namizədlər iştirak edirdi. Və baxmayaraq ki, Əliyevin seçki pozuntusu olmadan çoxlu səs toplayacağına inam vardı, lakin proseslər göstərdi ki, pozuntu dalğası kifayət qədər böyükdür. Bir sıra videolar bunu sübut edir”.

Ekspertin fikrincə, əgər 100 faiz mütləq həddi olmasaydı, Əliyev 130 faizi göstərə bilərdi. Məqsəd son seçkidən sonra Əliyevin daha çox dəstək aldığını göstərmək və bununla da Artsaxın işğalını və ermənilərin etnik təmizlənməsini legitimləşdirməkdi. Beləliklə, onun üçün gələcək mümkün hərbi təcavüzlərdə ictimaiyyətin əksəriyyətinin dəstəyini təqdim etmək, mümkün səfərbərliyi asanlaşdırmaq və ya müxalifətin daha da fəallaşmasının qarşısını almaq vacibdir.

Qeyd edək ki, ATƏT müşahidəçiləri də Azərbaycanda səsvermənin ‘qeyri-rəqabətcil’ mühitdə keçirildiyini bildiriblər. Vurğulanıb ki, İlham Əliyevin qələbəsi müstəqil mediaya və müxalifət basqılar fonunda baş verib. “Altı digər namizəd kampaniyada iştirak etsə də, onlardan heç biri hakimiyyətdə olan prezidentin siyasətinə inamlı maneə yaratmadıqlarına görə seçicilər həqiqi alternativsiz qalıb,” açıqlamada deyilir.

Davtyanın sözlərinə görə, Azərbaycanda çoxlu saxta siyasətçilər var, onların məqsədi real dəyişikliklərə can atanlara mane olmaqdır. Azərbaycanın müxalifəti isə, artıq seçkinin nəticələrini tanımadığını açıqlayıb. Vurğulanıb ki, prezident seçkiləri tam rəqabətsiz, hüquq və azadlıqların tam məhdudlaşdırıldığı, qorxu və təhdid, inzibati terror mühitində keçirildiyi üçün gerçək seçki olmayıb.

Ekspertin fikrincə, Əliyev öz mahiyyəti ilə diktatordur və Azərbaycanda demokratiyaya doğru “geriləmə” olmayacaq, ölkədə isə sosial-iqtisadi göstəricilər həmişə sadə əhali üçün daha pis olacaq ki, bu da diktator üçün tipik vəziyyət və siyasətdir.

Daha çox göstər
Back to top button