BaşlıcaEkonomikaİctimaiyyət

 Ermənistana ən böyük həcmlə humanitar yardım ABŞ, İtaliya və İsveçrə göndəriblər

Ermənistana ötən ildə 35 milyon 649,1 min dollar dəyərində humanitar yardım göndərilib. Ən böyük həcmlə humanitar yardım göndərən ölkələr ABŞ, sonra İtaliya və İsveçrədir.

Bunu Statistika Komitəsinin açıqladığı göstəricilər təsdiqləyir.

2023-cü ildə Ermənistana göndərilən humanitar yardımın həcmi 2022-ci illə müqayisədə 58,8 faizlə azalıb.

Keçən ildə göndərilən humanitar yardımın ən böyük payı 25 milyon 228,8 min dolları kimya və  bununla əlaqədar sənayelərin məhsuludur.

Maşın, avadanlıq və mexanizmlər 2 milyon 234,9 min dollar həcminə görə ikinci yerdədir. Üçüncüsü 2 milyon 131,8 min dollar dəyərində olan tekstil məhsullarıdır. Ermənistan həmçinin müxtəlif sənaye məhsulları, cihaz və aparatlar və digər məhsullar alıb.

Ölkələrə gəlincə, 2023-cü ildə Ermənistan ən çox ABŞ-dan 8 milyon 116 min dollar dəyərində humanitar yardım alıb ki, bu da alınan bütün yardımın 22,8 faizini təşkil eib, 2022-ci illə müqayisədə həcmi 69,5 faiz azalıb. Göndərilən humanitar yardımın həcminə görə İtaliya 2022-ci illə müqayisədə 4 dəfə çox olmaqla 3 milyon 873,7 min dollarla ikinci yerdədir. Üçüncü yerdə 2 milyon 854,6 min dollar həcmində İsveçrə qərarlaşıb, 2022-ci illə müqayisədə 32,7 faiz azalıb.

Sonrakı yerdə 2 milyon 144,3 min dollar həcmlə Almaniya, daha sonra 1 milyon 882,3 min dollarla Çin, 1 milyon 343,9 min dollarla Fransa gəlir.

Ümumilikdə göndərilən humanitar yardımın 46,8 faizi Avropa Birliyi ölkələrinə, cəmi 0,1 faizi MDB ölkələrinə, 63,1 faizi isə digər ölkələrə aiddir.

Daha çox göstər
Back to top button