BaşlıcaSiyasət

Paşinyan: “Modul tipli atom elektrik stansiyasında qəza baş verərsə, yaxınlıqdakı insanlar təxliyə edilmir”

İndi yeni texnologiyalar var, bizim bildiyimiz atom elektrik stansiyaları, modul tipli atom elektrik stansiyaları var və 2023-cü il fəaliyyət hesabatının müzakirəsi zamanı Nüvə Təhlükəsizliyi Tənzimləmə Komitəsinin nümayəndələri bizimlə bəzi məlumatları bölüşdülər, məncə,hansı ki, faydalıdır. həyati əhəmiyyət kəsb edir və gələcək müzakirələr və qərarların qəbulu üçün biz  bunu bilməliyik.

Bu barədə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, fevralın 8-də hökumət  iclası zamanı  bildirib.

“Bu məlumat aşağıdakı kimidir:

 Modul texnologiyaları amilində nüvə reaktorunda qəza baş verərsə  bu, lokal hadisə hesab olunur. Bu nə deməkdir: Modul tipli atom elektrik stansiyası tikilibsə və onun yaxınlığında yaşayış məntəqəsi varsa, qəza baş verərsə, modul atom elektrik stansiyası, yaxınlıqdakı yaşayış məntəqəsinin əhalisi evakuasiya edilmir, çünki qəza ətrafdakı insanlar üçün təhlükə yaratmır və əslində bu, bu texnologiyanın üstünlüklərindən biridir:

Bütün hallarda,üstəlik  hətta Nüvə enerjisi sahəsində təhlükəsizlik təbii ki, çox vacibdir” –  deyə Baş nazir qeyd edib.

Nüvə təhlükəsizliyinin tənzimlənməsi komitəsi sədrinin birinci müavini Xaçatur Xaçikyan bildirib ki, onlar layihə təşkilatları ilə görüş zamanı əldə ediblər, lakin real məlumatları nəzərə almaq üçün hesablama məlumatlarını görmək lazımdır.

Onlar isə  kifayət qədər sıx örtük altında  saxlanılır ki, onu Ermənistan mütəxəssislərə çatılası edək.Bəzi razılaşmalar var və onlar gərək imzalansınlar..”- deyərək o, qeyd edib.

Nikol Paşinyan həmçinin bildirib ki, ER Təhlükəsizlik Şurası məsələni müzakirə edib və lazımi sazişlərin imzalanmasına qərar verib.

“Biz Ermənistanın maraqlarına cavab verən bütün mümkün variantları öyrənirik, lakin hazırda yekun qərar verə bilmərik” –  deyərək Baş nazir vurğulayaraq qeyd edib ki, hazırda Nüvə Təhlükəsizliyi Tənzimləməsinin institusional potensialının gücləndirilməsini vacib hesab edir.

“Biz bunu daha tez etməliydik, amma yaxşıdır, heç olmasa indi edirik” –  deyərək o, əlavə edib.

Qeyd edək ki, Ermənistan nümayəndə heyəti modul tipli atom elektrik stansiyalarının imkanları ilə tanış olmaq üçün ABŞ-a gedib.

Ermənistan həmçinin nüvə reaktorları istehsal edən digər ölkələrin texnologiyalarını, xüsusən də Rusiya, Cənubi Koreya və Fransanın texnologiyalarını öyrənir.

Nüvə Təhlükəsizliyi Tənzimləmə Komitəsində Nikol Paşinyan modul reaktorlar variantını siyasi baxımdan maraqlı hesab edir.

Daha çox göstər
Back to top button