Təhlil

2023-cü ildə 7 Türkiyə vətəndaşı Ermənistanda qaçqın statusu alıb

2023-cü ildə Ermənistanda 8 761 nəfər, o cümlədən 3 658 MDB və 266 Avropa Birliyi ölkələrinin vətəndaşları yaşamaq statusunu alıb.

Bu haqda ER Statistika Komitəsi məlumat yayıb.

Qeyd edək ki, 5073 nəfər müvəqqəti, 3274 nəfər daimi, 414 nəfər isə xüsusi yaşayış yeri statusu alıb. Status alanlar arasında Rusiya və Hindistan vətəndaşları üstünlük təşkil edir – onlar müvafiq olaraq 3350 və 2035 nəfər. Rusiyadan 2137, Hindistandan isə 41 nəfər daimi yaşayış statusu alıb.

2023-cü ilin ikinci yarısında Ermənistana sığınacaq üçün müxtəlif ölkələrin 370 vətəndaşı müraciət edib, onlardan 193-ü (14 ölkə vətəndaşı və bir nəfər naməlum vətəndaş) qaçqın statusu alıb. Onu alanların 94-ü Ukrayna, 28-i Haiti, 17-si İraq, 16-sı Suriya, 11-i İran, 7-si Türkiyə və 6-sı Yəmən vətəndaşlarıdır. 35-64 yaş arası şəxslər üstünlük təşkil edirdi. Sığınacaq axtaranların əksəriyyəti İraq (109), Ukrayna (91), İran (57), Misir (42), Rusiya (13) və Türkiyə (9) vətəndaşları olub.

Həmin dövrdə 35 nəfərin qaçqın statusuna xitam verilməsi barədə qərar qəbul edilib. 187 nəfərin 98 sığınacaq müraciəti dayandırılıb və ya ləğv edilibdir.

Daha çox göstər
Back to top button