“Ermənistanı müdafiə aktı” qanun layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatasına təqdim edilib
Konqresin Erməni Məsələləri Komitəsinin həmsədri Frank Fallon ABŞ Nümayəndələr Palatasına Azadlığa Dəstək Aktının 907-ci maddəsini ləğv etmək səlahiyyətinin dayandırılmasını təklif edən “Ermənistanın müdafiə aktı” adlı qanun layihəsini təqdim edib.
“Əliyev keçən il Artsax üzərinə ölümyağdırıcı hücum əmrini verməklə beynəlxalq hüququ pozdu. O, 120 min ermənini öz ata-baba yurdundan, dogma vətənindən didərgin salan soyqırım kampaniyasının ağır nəticələri üçün hələ də ciddi nəticələrlə üzləşməyib.
Baxmayaraq ki, hücumun qaçılmaz olduğu aydın idi. ABŞ-ın Əliyevi məsuliyyətə cəlb etmək üçün tədbirlər görməsinin vaxtı çoxdan şatıb”– deyə Frank Palon özünün X mikrobloqunda yazıb,
O, qeyd edib ki, Nümayəndələr Palatasına “Ermənistanın müdafiə aktı” təqdim edilib və bu, ABŞ-ın Azərbaycana gələcək bütün təhlükəsizlik yardımlarını kəsəcək və onların sülh danışıqlarında etibarlı tərəf ola biləcəyinə dair sübut tələb edəcək.