BaşlıcaSiyasət

Moskva Qarabağ ermənilərinin təhlükəsiz qayıtmasını hansı şərtlərlə  və necə təsəvvür edir?

TASS-a verdiyi müsahibədə RF Xarici işlər nazirinin müavini Mixayil Qaluzin bildirib ki, Rusiya Qarabağ ermənilərinin təhlükəsiz qayıtmasına töhfə verməyə hazırdır. Moskva hansı şərtlərlə geri qayıtmaq imkanından danışır və kim təhlükəsizlik zəmanətləri verəcək?

Erməni ekspertləri xatırladırlar ki, 9 Noyabr sənədində nəzərdə tutulan Rusiya tərəfinin təmin edə bilmədiyi zəmanətlərə istinad edilir.

TASS-a verdiyi müsahibədə RF Xarici işlər nazirinin müavini Mixayil Qaluzin deyib ki, hazırda DQ Azərbaycanın hüquqi sahəsinə inteqrasiya olunur. Təəssüf ki, ermənilərin çox hissəsi regionu tərk edib. Bu onların çətin, amma könüllü seçimi idi.

“Bu baxımdan istəyənlərin qayıtması üçün onların hüquq və təhlükəsizliyini lazımi səviyyədə təmin edərək  şəraitlər yaratmaq vacibdir. Biz bu prosesə mümkün olan hər hansı yardım, o cümlədən mövcudluğu böyük əhəmiyyət kəsb edən  rus sülhməramlı kontiqentinin vasitəsilə göstərməyə hazırıq”.

Rusiyanın Xİ nazir müavini necə və hansı şərtlərlə qayıtmaq imkanı barədə danışır və Artsax ermənilərinin təhlükəsiz qayıtması və təhlükəsiz yaşamağı üçün kim zəmanətlər verməlidir?

Siyasətçi Robert Ğevondyan “Radiolur”la söhbətində RF Xarici işlər nazirinin müavini Mixayil Qaluzinin bəyanatını şərh edərkən qeyd edib ki, Rusiya Qaluzinin simasında 9 Noyabr sənədində nəzərdə tutulan Rusiya tərəfinin təmin edə bilmədiyi zəmanətlərə yenədən istinad edir.

“Aydındır ki, onlar həmin zəmanətləri təmin edə bilməyib yaxud istəməyiblər, bu isə hal hazırda vacib deyil.  Hesab etmirəm ki, Artsax ermənilərinin nümayəndələrindən həmin zəmanətlər çərçivəsində geri qayıtmaq istəyən insanlar olacaqlar”.

Siyasətçi öz fikrini əsaslandıraraq qeyd edir ki, 2023-cü ilin Sentyabrın sonunda sərhəd açılanda Rusiya eyni zəmanətlərin verəcəyini əmin edirdi.

“Hər şeyə görə, həm Rusiya, həm də Azərbaycan ermənilərin müəyyən hissəsinin, yəqin ki, bir neçə min nəfərin qalacağına ümid edirdilər ki, bu da bir tərəfdən Azərbaycana baş verənləri bütün beynəlxalq ictimaiyyətə guya reinteqrasiya prosesinin getdiyini göstərmək imkanını verərdi.

Digər tərəfdən isə, bu,  ruslara sülhməramlı rolunu yerinə yetirmələri və zəmanətlər vermələri barədə danışmağa davam etmək imkanı verərdi.

Bununla belə,  ekspertin fikirincə, bu baxımdan həm azərbaycanlılar, həm də ruslar təəccübləndilər, çünki, faktiki olaraq, əgər barmaqla sayılan bir neçə adamı saymasaq, Artsaxdan bütün ermənilər çıxıblar.

Ekspertin qiymətləndirməsinə görə, bütün ermənilərin Artsaxı tərk etməyi nəticəsində bu gün elə bir vəziyyət yaradılıb ki, Azərbaycan etnik təmizləmə həyata keçirməkdə ittiham olunur, rus sülhməramlılarının mövcudluğu isə mənasızlaşıb.

“Bu səbəblə Rusiya geri qayıtmaq barədə danışmağa çalışır və müxtəlif rəsmilər, heç olmasa müəyyən hissənin qaytarılmasını təmin etmək üçün müxtəlif vaxtlarda imkan yaratmağa çalışırlar”.

Politoloq deyir ki, Rusiya, əlbəttə ki, etibarın artıq olmadığını çox yaxşı anlayır, lakin onların marağı o deməkdir ki, heç olmasa, Artsax ermənilərinin bir hissəsini hansısa yolla geri qaytarmaq lazımdır, ona görə də belə bəyanatlar verilir.

“İstisna etmirəm ki, gələcəkdə, hətta belə deyim, öz evə qayıdanlar üçün hansısa şərtlər təmin etmək barədə və s. faydalı təkliflər olar.

Üstəlik, təkcə Rusiya tərəfindən deyil, Azərbaycan tərəfindən də. Amma təbii ki, ciddi dəyişikliklər, yəni məsələn, 9 Noyabr bəyanatından bir addım qabaq sayıla biləcək belə dəyişikliklər proqnozlaşdırılmır”.

Yeri gəlmişkən, son zamanlarda keçmiş Xarici işlər naziri Vardan Օskanyan Artsax ermənilərinin qayıtması məsələsiylə komitənin formalaşması barədə bildirib.

Hələlik onun tərkibi və fəaliyyəti haqqında çox məlumat yoxdur. Yalnız o məlumdur ki, komitə Dağlıq Qarabağın siyasi qüvvələrinin razılığı ilə Artsax xalqının geri qaytarılması və digər hüquqlarının müdafiəsi üçün yaradılıb, işi Vardan Oskanyan koordinasiya edir.

Yanvarın 18-də Օskanyan Facebookda yazaraq yalnız qeyd edib ki, baş məsələ Artsax xalqının beynalxalq zəmanətlərlə vətənə qayıtması və öz vətənində təhlükəsiz və ləyaqətlə yaşamaq hüququnun müdafiəsi və həyata keçirilməsi olacaq.

Daha çox göstər
Back to top button