BaşlıcaEkonomika

Vahan Kerobyan Qabaqcıl texnologiyalar müəssisələri birliyinin nümayəndələri ilə görüşüb

Ermənistan Respublikasının İqtisadiyyat nazirliyindən bildiriblər ki, Fevralın 9-da nazir Vahan Kerobyan Qabaqcıl texnologiyalar müəssisələri birliyinin nümayəndələri ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, nazir görüş ərzində İqtisadiyyat nazirliyinin 2023-cü ilin fəaliyyət hesabatı, makroiqtisadi göstəricilər, iqtisadiyyatın inkişafının əsas meyilləri, sahədə həyata keçirilən dövlət siyasəti, cari və hazırlanmaq mərhələsində olan iri layihələri təqdim edib.

Vahan Kerobyan şirkətlərin məhsuldarlığının artırılmasına, o cümlədən iqtisadiyyatın modernləşdirilməsi tədbirinin komponentlərinə, iqtisadi cəhətdən mürəkkəb məhsulların istehsalının təşviqinə, habelə buraxılış və reytinqə dair dövlət dəstəyi proqramlarına toxunub.

Nazir Ermənistanda turizm sahəsinin qanunverici dəyişiklikləri də təqdim edib. O, həmçinin qeyd edib ki, dövlət turizm infrastrukturlarının inkişafı istiqamətində iri investisiyalar həyata keçirir və gələcəkdə 20 turizm klasterinin yaradılmasını planlaşdırılır.

Görüş ərzində, Vahan Kerobyan birliyin üzvlərinin suallarını cavablandırıb və onların təklifləri dinləyib.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button