BaşlıcaİctimaiyyətMədəniyyət

1600 illik əlifba erməni kimliyini necə formalaşdırıb: BBC Travel

BBC Travel-in köşə yazarı Suqato Muherci öz “1600 illik əlifba erməni kimliyini necə formalaşdırıb” adlı məqaləsində erməni əlifbası barədə danışıb və Ermənistana öz səyahayətinin təəssüratlarını təqdim edib.

Məqalə müəllifinin sözlərinə görə, payızda Ermənistana səhayəti zamanı o, yoldaşı Sofya Hakobyanla birlikdə erməni hərflərinin yaradılmasının 1600 illiyi münasibətilə 2005-ci ildə yaradılmış Hərflər bağına baş çəkib.

“Tünd çəhrayı, sarı və açıq qara daşdan hazırlanmış hərflər çiçəkli olub, simvollarla örtülmüşdür. Bunlardan bəziləri qrup halında, digərləri təkdir”- deyən Muherci təəssüratlarından danışaraq, bağda erməni yazısının yaradıcısı Mesrop Maştotsun abidəsini də gördüyünü qeyd edir.

O, həmçinin Yerevanın Qədim əlyazmalar institutu-Matenadarana etdiyi ziyarət barədə təəssüratlarını təqdim edib.

“Yerevanda yerləşən Maştots prospektinin Şimaındakı  təpədə yerləşən heyranedici bazalt qurum qalaya bənzəsə də, əslində bu, həm də tədqiqat institutu olan qədim əlyazmalar kitabxanasıdır (skriptorium).

Tərcümə ədəbiyyatı, fəlsəfə, ilahiyyat, riyaziyyat və humanitar elmlərin trivium və kvadriviumu, poeziya, hüquq, tarix və incəsənət də daxil olmaqla mövzulara görə bölünmüş daimi eksponatların nümayiş olunduğu təntənəli səssiz salonları ayaqlarımın ucunda gəzdim”-deyə məqalə müəllifi xatırlayır.

“Mən bilirdim ki, qədim zamanlardan xalq yaradıcılığında və xəttatlıqda istifadə olunan erməni yazısının estetik baxımdan bəlağətli formaları YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına düşüb.

Amma mən heç şübhə etmirdim ki, zərif bədii naxışlar gizli kodlar və şifrələrlə doludur və gizli xüsusiyyətlərə malikdir”- deyə Mukherji məqaləsində vurğulayır.

“Növbəti 1500 il ərzində əlifba milli qürur obyekti, erməni mədəni kimliyinin özəyi, demək olar ki, həmişə xarici güclərin: romalılar, bizanslıları, farslar və osmanlı türklərinin hökmranlığı və müstəmləkəçiliyi altında olan müharibədən dağılmış torpaq üçün həmrəylik simvolu olub.

 Bu, demək olar ki, davamlı təqib və əsarət dastanı nəhayət, 1991-ci ildə, 69 illik sovet rejiminin dağılması və Ermənistanın müstəqil respublikaya çevrilməsi ilə sona çatdı”,-deyə BBC Travel-in köşə yazarı qeyd edib.

Daha çox göstər
Back to top button