BaşlıcaSiyasət

Azərbaycanın cinayələr silsiləsi dayandırılmalıdır: Marukyanın beynəlxalq ictimaiyyətə müraciəti

Ermənistan Respublikasının xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan öz X səhifəsində Azərbaycanın Nerkin Hand təcavüzünə bir daha toxunaraq, beynəlxalq ictimaiyyəti Azərbaycanın həyata keçirdiyi bu mənfur, təxribat xarakterli hərəkətlər silsiləsini pisləməyə çağırıb.

O, xüsusi olaraq yazıb: “Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu gecə onlar Ermənistanın suveren ərazisində yerləşən sərhəd mövqeyinə basqın edərək “Qisas” əməliyyatını həyata keçiriblər, nəticədə 2 erməni (red. artıq 4) hərbçisi həlak olub, 1 hərbçisi yaralanıb.

Əvvəlcə Azərbaycan bildirir ki, Ermənistan tərəfdən atəş olub, guya yaralı var, sonra Ermənistan tərəfi hadisəni araşdıracaqlarını bəyan edir, Azərbaycan tərəfi isə heç bir araşdırma gözləmədən insanlara hücum edir, öldürür, şikəst edir, beləliklə, hücuma hazır olduqlarını və sadəcə səbəb axtardıqlarını göstərir.

Beləliklə, görünən odur ki, Azərbaycan “ənənəvi” cinayərtkar, aqressiv davranışından əl çəkmir və əvvəlcə nəzarətsiz, birtərəfli, saxta xəbərlər yayır ki, Ermənistan tərəfində atışma olub, sonra isə artıq hazır əməliyyat keçirərək Ermənistanın suveren ərazisində yeni heyatlar öldürür.

Azərbaycanın həyata keçirdiyi bu cinayətlər silsiləsi dayandırılmalıdır. Beynəlxalq ictimaiyyət Azərbaycanın bu mənfur, təxribat xarakterli hərəkətlərin bu silsiləsini pisləməli və Azərbaycanı Ermənistanın suveren ərazisinin 215 kvadrat kilometrdən artıq hissəsindən işğalçı qüvvələrini çıxarmağa çağırmalıdır ki, bu da Ermənistana qarşı təcavüz və təxribatdır”.

Daha çox göstər
Back to top button