BaşlıcaSiyasət

Erməni tərəfində 4 itki, 1 yaralı var: Andranik Koçaryan

Parlamentin Müdafiə Komitəsinin sədri Andranik Koçaryan Azatutyun-a bildirib ki, Azərbaycanın Nerkin Handdakı erməni mövqeləri istiqamətində açdığı atəş nəticəsində erməni tərəfində 4 itki və 1 yaralı var.

“Meyitlərin bir hissəsi çıxarılıb, onların arasında hərbi xidmətə çağırılanlar yoxdur”, – deyə Koçaryan bildirib.

Erməni KİV-lərinin məlumatına görə, Nerkin Hand kəndi yaxınlığında Azərbaycan ordusu tərəfindən mövqelərin atəşə tutulması nəticəsində həlak olanlar “Yerkrapah” Könüllülər Birliyinin üzvləridir.

Bu gün saat 05:30-dan başlayaraq Azərbaycan silahlı qüvvələrinin bölmələri Nerkin Hand sektorunda yerləşən erməni mövqeləri istiqamətində iriçaplı pulemyotlardan atəş aıblar. Saat 09:30-da atəş dayanıb.

Daha çox göstər
Back to top button