BaşlıcaSiyasət

Ermənistanda 4-cü və 5-ci nəsil müasir silahlar istehsal olunur: Deputat

“Bizdə hərbi sənayedə inqilabi dəyişikliklər var. Bu gün Ermənistanın özündə istehsal olunan silahları var”.

Bunu fevralın 11-də “Azatutyun” radiostansiyasına müsahibəsində parlamentdəki hakim “Mülki müqavilə” fraksiyasının deputatı Armen Xaçatryan deyib.

“Bu silahlar bəlkə də dördüncü və ya beşinci nəsildir və inkişaf etmiş ölkələr var ki, bu silahları belə istehsal etmir. Bu tempi qoruyub saxlasaq, 1-2 ildən sonra dünyada erməni nailiyyətləri kimi tanınan yüksək texnoloji nailiyyətlərimiz olacaq, təbii ki, hərbi məsələlərdə, hərbi texnika sahəsində və belə temp davam edərsə.

Təbii ki, Ermənistan kiçik ölkədir, hər şeyi istehsal edə bilmir, biz ultramüasir, daha çox problemləri həll edən texnika istehsal etməyə çalışırıq və bu hərbi texnika yüksək texnologiyalardan istifadə etməklə istehsal olunur. Əlbəttə, bütün bunları uzun müddət gizlətmək mümkün olmayacaq, amma indiki məqamda ən doğrusu çox işləmək, az danışmaqdır”.

Deputat qeyd edib ki, pilotsuz təyyarələrin istehsalı ilə bağlı da planlar var və bu işlər davam etdirilir:

“Azərbaycan və Türkiyə silahlanır və bütün bunları nəzərə alaraq biz qarşımızda duran çağırışların fərqindəyik və müvafiq tədbirlər görürük. Bir neçə ildən sonra bizim yüksək döyüş qabiliyyətinə malik, müasir ordumuz olacaq və yaxın illərdə Ermənistan məhsulları beynəlxalq bazarlarda yaxşı tanınacaq”.

Daha çox göstər
Back to top button