BaşlıcaSiyasət

Azərbaycan XİN-I Yevdokimova xatırladıb: Rusiya sülhməramlılarının DQ-da səlahiyyət müddəti 2025-ci ildə başa çatır

Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağda qalma müddəti 2025-ci ildə başa çatır. Azərbaycan Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Ayxan Hacızadə “İzvestiya” qəzetinə müsahibəsində Rusiyanın Bakıdakı səfiri Mixail Evdokimovun bəyanatını şərh edərkən bildirib ki, Rusiya sülhməramlı qoşunları ilə bağlı danışıqların növbəti mərhələsində indi tərəflər görüşlərin tarixlərini razılaşdıracaqlar.

APA-nın məlumatına görə, Hacızadə vurğulayıb ki, Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən, Rusiya sülhməramlılarının qalma müddəti 2025-ci ildə başa çatacaq.

Onun sözlərinə görə, sülhməramlı qüvvələrin gündəlik fəaliyyəti və müxtəlif ehtiyacların ödənilməsi ilə bağlı məsələlər müzakirə olunur.

Daha çox göstər
Back to top button