BaşlıcaSiyasət

Azərbaycanın Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistanla əməkdaşlığa hazırdır

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası hər iki tərəfdən itkin düşmüş şəxslərin axtarışını təmin etmək üçün Ermənistanla əməkdaşlığa hazırdır. Bu barədə Azərbaycan mətbuatı məlumat yayıb.

“Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan Respublikasının eyniadlı qurumunun hərbi əməliyyatlarda itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi sahəsində əməkdaşlığa hazır olması barədə mətbuata verdiyi açıqlamanı müsbət qarşılayır”,- bəyanatda deyilir.

Qeyd olunur ki, 44 günlük müharibədən sonra 1713 nəfərin, 12-14 sentyabr 2022-ci ildə Azərbaycanın Ermənistana qarşı təcavüzündən sonra 157 nəfərin, 19-20 sentyabr 2023-cü ildə Dağlıq Qarabağın tam işğalından sonra isə 173 nəfərin meyiti tapılaraq Ermənistana təhvil verilmişdir.

“Birinci Qarabağ müharibəsində 3890 Azərbaycan vətəndaşı Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış və 01.01.2024-cü il tarixə olan məlumata əsasən onlardan yalnız 25nəfərinin qalıqları eyniləşdirilmiş”.

Daha çox göstər
Back to top button