BaşlıcaSiyasət

Josep Borel:  “Tezliklə Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı dialoq olacaq”

Tezliklə Avropa Birliyi ilə Ermənistan arasında Ermənistan vətəndaşları üçün AB vizalarının liberallaşdırılması ilə bağlı dialoq olacaq.

Ermənistanın Brüsseldəki müxbirinin verdiyi məlumata görə, bu haqda AB-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Xosep Borel Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransı bildirib.

Ermənistanın viza rejiminin liberallaşdırılmasına böyük marağı olduğunu qeyd edirəm. Tezliklə bununla bağlı müvafiq dialoq olacaq” – deyə Borel  qeyd edib.

O,həmçinin qeyd edib ki,  Ermənistanın Qara dəniz elektrik kabeli layihəsində iştirakını dəstəkləmək istədiklərini də qeyd edib. “Bu, sülh üçün dividendlər gətirə biləcək güclü potensiala malik təşəbbüsdür” – deyərək Borel bildirib.

AB-nin ali nümayəndəsinin sözlərinə görə, Avropa Birliyi ilə Ermənistan arasında əlaqələr həmişəkindən daha möhkəmdir.

Daha çox göstər
Back to top button