BaşlıcaSiyasət

Qaqik Melkonyan: “Hərbi balans  mümkün olarsa, o zaman sülh də mümkün olacaq”

Bizim zəmanətimiz bizik və öz xalqımız, sadəcə olaraq hərbi balansı bərpa etməliyik.Biz öz ölkəmizi saxlaya və  onu təhlükəsiz ölkəyə çevirə bilərik.

Bu haqda  parlamentdə  jurnalistlərlə söhbətində  parlamentdə  “KP” fraksiyasının üzvü, müdafiə nazirinin keçmiş müavini Qaqik Melkonyan deyib.

“Odur ki,biz indi müasir hərbi texnika və sursat əldə etmək üçün bütün dünya ilə işləyirik. Artıq Hindistan və Fransa ilə müqavilələrimiz var. Bizə kiminsə hərbiçi gətirməsinə ehtiyacımız yoxdur”- deyə Qaqik Melkonyan bildirib.

O, qeyd edib ki, Rusiya da çoxdan ötürülməli olan müəyyən miqdarda silahı bu yaxınlarda ötürüb. “Borcun bir hissəsi ödənilib, bununla belə, regionda sülh olarsa,o zaman hərbi tarazlıq da  bərpa olunmalıdır” – deyərək  “KP” fraksiyasının  deputatı qeyd edib..

Daha çox göstər
Back to top button