BaşlıcaSiyasətTəhlil

Estoniya kəşfiyyatı: RF yaxın onillikdə Qərblə hərbi münaqişəyə hazırlaşır

Bu günlərdə Estoniyanın Xarixi kəşfiyyat xidməti bildirib ki, Rusiya yaxın onillikdə Qərblə hərbi qarşıdurmaya hazırlaşır, bununla da silahlı qüvvələrin cavab tədbirləri ilə gücləndirilməsinin qarşısını ala bilər.

Reuters-in bildirdiyi kimi, getdikcə daha çox Qərb rəsmiləri Avropanı yenidən silahlanma hazırlığını gücləndirməyə çağıraraq NATO-nun Şərq tərəfindəki ölkələrini Rusiya tərəfindən artan hərbi təhlükə barədə xəbərdar edirlər.

Almaniyalı Rheinmetall ən böyük hərbi sənaye şirkətinin rəhbərinin sözlərinə görə, Avropaya silah-sursat anbarlarını doldurmaq və “NATO ilə müharibə etmək istəyən təcavüzkardan” müdafiə etməyə hazır olmaq üçün ən azı 10 il lazım olacaq. Onun sözlərinə görə, hazırda Avropanın arsenalları praktiki olaraq boşdur.

Estoniyanın Kəşfiyyat xidmətinin rəhbəri Kaupo Rosin Rusiyanın NATO üzvü Finlandiya və Baltikyanı ölkələr olan Estoniya, Litva və Latviya ilə sərhəddə yerləşdirilən qoşunlarının sayını iki dəfə artırmaq planlarını xatırladıb.

“Rusiya uzunmüddət qarşıdurma yolunu seçib və yəqin ki, Kreml NATO-ilə mümkün münaqişəni yaxın onillikdə qabaqcadan görür”- deyə Rozin Estoniyanın milli təhlükəsizliyinə təhdid edən təhlükələr barədə jurnalistlərlə söhbətində bildirib. 

Onun fikrincə, qısa müddət perspektivdə Rusiyanın hərbi hücumu ehtimalı çox azdır, çünki Rusiya qoşunlarını Ukraynada saxlamağa məcburdur və Rusiyanın hərbi qüdrətinə Avropadakı qoşunların müvafiq artımı ilə cavab verilsə, inanılmaz qalacaq.

“Əgər biz hazır olmasaq, (Rusiyanın hərbi hücümünün) ehtimalı daha yüksək olacaq”- deyə o, əlavə edib.

Estoniya və Baltikyanın digər ölkələri 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra hərbi xərclərini öz iqtisadiyyatlarının dəyərinin 2 faizdən artıq artırıb və NATO müttəfiqləri isə bu ölkələrdə öz mövcudluğunu artırıb.

Reuters xəbər verir ki, Almaniya 2027-ci ilə qədər regionda 4800 döyüşə hazır əsgər olmağı planlaşdırır ki, bu da İkinci dünya müharibəsindən sonra ilk daimi xarici qüvvədir.

Estoniyanın Kəşfiyyət xidmətinin rəhbərinin sözlərinə görə, NATO və onun müttəfiqləri Rusiya təhdidlərinin qarşısını almaq üçün doğru yolla irəliləyirlər.

O, əlavə edib ki, amma, eyni zamanda, Rusiyanın öz qoşunlarını döyüş sursatı ilə təmin etmək imkanları Ukraynanı üstələməkdə davam edir və əgər Qərb öz dəstəyini artırmasa və ya öz sabitliyini təmin etməsə, Ukrayna çətin ki, döyüş meydanında hansısa dəyişiklik edə bilər.

Daha çox göstər
Back to top button