BaşlıcaSiyasətTəhlil

 Rus siyasətçi Rusiyanın Cənubi Qafqazı tərk etməsi ehtimalını qiymətləndirib

Hesab etmirəm ki, Rusiyanın Cənubi Qafqazdan çıxması prosesi var, lakin prioritelər sisteminin dəyişdirilməsi prosesi müşahidə olunur.  Bu haqda Rusiyanın Xarici və müdaifə siyasəti şurasının sədri, siyasətçi Fyodr Lukyanov müxbirlə söhbətində bildirib.

“Qarabağ münaqişəsinin hətta o qədər dramatik yolla həlli və bu mövzunun yalnız Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin deyil, həm də Rusiya-Cənubi Qafqaz münasibətlərinin (o cümlədən Azərbaycanla) gündəmindən çıxarılması, balansı dəyişir və münasibətlər qurulmaq üçün, məsələn Bakı ilə, yeni imkanlar yaradır.

Digər tərəfdan, Rusiyanın mövcudluğu müxtalif ölçülərə malik olub və həmişə olacaq. Uzun müddət o, təhlükəszilik, Ermənistanın təhlükəsizliyinə əsaslanırdı.

Söhbət SSRİ-nin dağılmasından regionun əldə etdiyi miras, o cümlədən Qarabağ məsələsi ilə birbaşa bağlı olan və inkişaf etmiş münasibətlər sistemindən gedir.

Hazırda bu dəyişir və təhlükəsizlik zəmanətləri barədə Ermənistan rəhbərliyinin qaldırdığı kimi məsələ digər şəkildə müşahidə edilir. Ölkəyə bunu istəməyən təhlükəsizlik zəmanəti vermək, yumşaq desək, çox çətindir.

Bəli, bu amil dəyişə bilər. Amma o qədər də aydın deyil ki, əgər Ermənistan digər zəmanətlər axtarırsa, onda onları harada axtarmaq lazımdır. Bununla maraqlanan digər ifaçılar, xüsusən də yaxından çox görünmürlər.

Digər tərəfdən, bəlkə də Ermənistan rəhbərliyi bu hamısı başqa çür müşahidə edir. Paşinyanın son zamanlarda dedikləri  hamısı ilə münasibətlərdə hansısa digər paradiqmanı bəyan etmək cəhdidir.

Belə şəraitdə, iqtisadi problemlər ön plana gətiriləcək. Keçmiş münasibətlərdə dəyişiklik və sapmalar olduğu siyasi təhlükəsizlik sahəsindən fərqli olaraq, iqtisadiyyatda rus-erməni münasibətləri normal inkişaf edir. Son iki il ərzində baş verənlər yeni imkanlar yaradıb. Olduğu kimi, artıq olmayacaq. Ancaq necə olacağını da bilmirik” – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın Cənubi Qafqazı tərk etdiyini demək hələ tezdir.

“Əgər kimsə öz siyasətini bunun üzərində qurmaq qərarına gələrsə, o zaman səhv etmək riski var” – deyə politoloq əlavə edib.

Lukyanov hesab edir ki, Şimal-Cənub dəhlizinin hər variantının (Ermənistan və Azərbaycanla-red.) öz xüsusiyyətləri var və hər birinin müsbət və mənfi cəhətləri var.

“Rusiyə öz maraqlarına cavab verən, amma sabitliyin pozulması demək olmayan variantları qəbul edəcək”- deyə o, yekunlaşdırıb.

Daha çox göstər
Back to top button