BaşlıcaSiyasət

Vahan Kostanyanın İİR Xİ nazir müavinləri Mehdi Səfəri və Əli Bağeri Kani ilə görüşləri

Fevralın 14-də Ermənistan-İran hökümətarası birgə komissiyasının 18-ci iclası çərçivəsində ER Xarici işlər nazirinin müavini Vahan Kostanyan İran İslam Respublikasının Xarici işlər nazirinin müavinləri Mehdi Səfəri və Əli Bağeri Kani ilə görüşüb. Bu haqda ER XİN-dən bildiriblər.

Xİ nazirinin müavini Vahan Kostanyan və İİR Xİ nazirinin müavini Mehdi Səfəri qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən iqtisadi, infrastruktur, enerji və iki ölkənin digər sahələrdə əməkdaşlığı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər iki ölkənin biznes mühitinin nümayəndələrinin ardıcıl əlaqələri, birgə investisiya proqramlarının genişləndirilməsi zərurətini vurğulayıblar.

Kacaran-Agarak yolunun İran şirkətləri tərəfindən müəyyən edilmiş müddətdə tikintisinin vacibliyi vurğulanıb. Nazir müavini “Sülh kəsişməsi” layihəsinin təfərrüatlarını iranlı həmkarına təqdim edib.

ER Xİ nazirinin müavini Vahan Kostanyan və İİR Xİ nazirinin müavini Əli Bağeri Kani regional təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə ediblər.

Erməni tərəfi Ermənistan və Azərbaycan arasında münasibətlərindəki proseslərini təqdim edib. Bu baxımdan İran rəhbərliyinin Ermənistanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı barədə dəfələrlə səsləndirdiyi mövqeyi yüksək qiymətləndirilib.

Görüşdə həmçinin Ermənistan və İranın xarici siyasi proritetlərinə, onların uyğunlaşdırılmasının və qarşılıqlı faydalı əməkdaşlığın davamlılığının təmin edilməsinin vacibliyinə toxunulub.

Daha çox göstər
Back to top button