Başlıcaİctimaiyyət

Ermənistan öz səfirliyi üçün Fransanın 5-ci respublikasının üçüncu prezidentinə məxsus olan bianı alacaq

Ermənistan ER səfirliyini orada yerləşdirmək üçün Parisin 16-cı küçəsində yerləşən Fransanın 5-ci Respublikasının 3-cü prezidenti Valeri Jiskar d’Estenə məxsus olan binanı alacaq. Bu məsələ Ermənistan Hökümətinin Fevralın 15-dəki iclasının gündəmindədir.

Qeyd olunur ki, layihənin qəbulu Ermənistan Respublikasının Fransa Respublikasındakı səfirliyinin binanı əldə etmək zərurəti ilə əlaqədardır.

“Təklif olunan bina Parisin 16-cı dairəsində yerləşir, onun tarixi dəyəri var, çünki 1956-cı ildən 5-ci Fransa Respublikasının 3-cü prezidenti Valeri Jiskar d’Estenə məxsus olub. ER-ın Fransadakı səfirliyinin uzun danışıqları nəticəsində satıcı onu 23 milyon avro ilə satmağa razılaşdı, halbuki nüfuzlu qiymətləndirmə təşkilatlarının qiymətlərinə görə, binanın real dəyəri həmin məbləği xeyli üstələyir.

Tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən erməni tərəfi satmaq niyyəti ilə bağlı müqavilənin imzalanması anında mövcud olan prosedura əsasən, ümumi məbləğin 10 faizi həcmində avans köçürməlidir”- deyə layihənin əsaslandırmasında bildirilir.

Layihə ilə binanı əldə etmək üçün nəzərdə tutulmuş məbləğin avansının verilməsi təklif edilir, ona görə də ER Xarici işlər nazirliyinə 2024-cü ilin döüvlət büdcəsinin Ermənistan Respublikası hökumətinin ehtiyat fondu hesabına 2 milyon 300 min avro ekvivalentində dram ayırmağı təklif edilir.

Daha çox göstər
Back to top button