BaşlıcaSiyasət

Hakop Aslanyan: Paşinyan deyir: Əliyev, budur həqiqət, istəsən də, istəməsən də  geri çəkilməlisən

Əliyevin dedikləri və etdikləri özünün dediyi deyil, onun arxasında hansı qüvvələrin dayandığını biz bilirik. Həm  Rusiya həm Türkiyə diplomatiyasının Əliyevi marionet kimi bizə qarşı necə qızışdırdığını bilirik.

Bu haqda  açıqlamasında  parlamentin “KP” (Kağakatsiyakan paymanağir) fraksiyasının deputatı Hakob Aslanyan Azərbaycan prezidentinin Ermənistan qanunlarını dəyişməyincə sülh müqaviləsinin olmayacağı ilə bağlı bəyanatına istinadən bildirib.

“Bəli, Əliyev gülə bilər, çünki o, artıq istədiyinə zorla nail ola bilmir. Əliyevi  şənlənməsi arxasında nəyinsə olduğunu sadəlövhlüklə düşünənlər, mən əminəm ki,  yoxdur

 Əliyev artıq başa düşür ki, ciddi və irimiqyaslı əmələ əl atarsa, biz artıq cavab verməyə qadirik.Belə cavab vermək ehtimalı onu hiddətləndirir, ona görə də əsəbiləşir.

Mən türkü yaxşı tanıyıram, türk bir saniyə belə düşünsə ki, nəsə edə bilər, danışmır, güzəştə getmir, əlindən gələni edir”.

“Nerkin Hand” erməni tərəfinin Azərbaycanın təxribatına heç bir reaksiya verməməsi və cəza tədbirləri görməməsi ilə bağlı iradlara gəlincə, “KP”deputatı deyib:

“Mənə çatan məlumata görə, bizim tərəfimizdən cəza tədbirlərinə ehtiyac yoxdur, çünki indi genişmiqyaslı davaya qarışmaq istəmirik. İndi heç bir halda gərginləşməməliyik. Bizə daha 1-1,5 il lazımdır ki, biz kürəyimizi tamam düzəldə bilək və türklə başqa cür danışacağıq.

Baş nazirin son sözlərində də görməlisən ki, o, konkret və aydın şəkildə deyir: Əliyev, bu, həqiqətdir, bitdi, getməlisən, istəsən də, istəməsən də, mənim xalqımın istədiyi kimi olmalıdır”.

Aslanyanın sözlərinə görə, Paşinyanın bəyanatı həm də beynəlxalq ictimaiyyətə mesaj idi ki, yeni müharibə olacağı təqdirdə biz adekvat cavab verə bilərik və bu halda bizi müharibə aparmaqda ittiham etmək olmaz.

Daha çox göstər
Back to top button