BaşlıcaEkonomikaSiyasət

İran Ermənistana dərman ixrac etməyə hazır olduğunu bildirib

İslam Respublikası İran-Ermənistan birgə iqtisadi komissiyasının 18-ci iclasında iranlı istehsalı olan əczaçılıq məhsullarını Ermənistana ixrac etməyə hazır olduğunu bildirib. Bu haqda İRNA bildirib.

Fevralın 14-də keçirilən İran-Ermənistan birgə iqtisadi komissiyasının 18-ci iclası ərzində iqtisadi əməkdalığın gələcək genişləndirilməsi istiqamətində fikiri mübadiləsi aparılıb.

İranın Ərzaq və dərman şöbəsinin rəhbəri Heydər Məhəmmədi ölkənin yerli istehsal olan dərmanları Ermənistana ixrac etməyə hazır olduğunu açıqlayıb.

Qeyd edilir ki, Ermənistanın Səhiyyə nazirinin müavini Lena Nanuşyan İranın dərman və tibbi avadanlıqların istehsalı sahəsində mühüm irəliləyişin qeydə alındığını bildirib.

Ermənistan İran ilə sağlamlıq turizimi və digər sahələrdə olan əməkdaşlığı alqışlayır.

Daha çox göstər
Back to top button