BaşlıcaEkonomikaSiyasət

İran və Ermənistan mal dövriyyəsini 3 milyard dollara çatdırmaq üzrə razılığa gəliblər

İran və Ermənistan mal dövriyyəsini 3 milyard dollara çatdırmaq üzrə razılığa gəliblər. İRNA bildirib ki, bu haqda İranın Proqram-büdcə təşkilatının rəhbəri Dəvud Mənzur Ermənistan-İran hökümətarası birgə komissiyasının 18-ci iclası zamanı bildirib.

İki ölkə həmçinin 19 sahədəki əməkdaşlığı genişləndirmək barədə sənədləri imzalayıblar.

İclas ərznidə İranın Ərzaq və dərman şöbəsinin rəhbəri Heydər Məhəmmədi iranlı istehsal olan dərmanları Ermənistana ixrac etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, İran dərman və əczaçılıq avadanlıqlarının istehsalı ilə özünü təmin edir.

Öz növbəsində, Ermənistanın Səhiyyə nazirinin müavini Lena Nanuşyan İranın dərman və tibbi avadanlıqların istehsalı sahəsində mühüm irəliləyişin qeydə alındığını bildirib.

“Ermənistan İran ilə sağlamlıq turizimi, əczaçılıq sığortası və səhiyyə sahələrində olan əməkdaşlığı alqışlayır”-deyə o, bildirib.

Daha çox göstər
Back to top button