BaşlıcaSiyasətTəhlil

Yerevan Bakının hərəkətlərində aydın tendensiya görür

Nikol Paşinyan Hökumət iclası zamanı Nerkin Handda baş verənlərə toxunaraq qeyd edib ki, bu Azərbaycanın destruktiv siyasətinin növbəti təzahürüdür. Son zamanlar rəsmi Yerevan Bakının hərəkətlərində aydın tendensiya görür. Qanunvericiliyə dəyişikliklərlə bağlı Bakının bəyanatlarına toxunan baş nazir bunları Ermənistanın suverenliyinin pozulması və daxili işlərə qarışması kimi qiymətləndirib.

“Son günlər rəsmi Bakıdan Ermənistanın qanunvericilik sahəsi ilə bağlı bəyanatlar ölkəmizin suverenliyinin pozulması və ölkəmizin daxili işlərinə qarışmasıdır. Ermənistan Respublikasının qanunvericiliyində “Sülh müqaviləsi”nin icrasına mane olan heç bir müddəa yoxdur və bu, təkcə siyasi deyil, həm də ekspert qiymətləndirməsidir və onun hüquqi təfərrüatlarını araşdırmağa hazırda ehtiyac görmürəm”.

Əliyevin tələbləri əsassızdır çünki Azərbaycanın özünün qanunvericilik sahəsində ərazi tələblərinin formalaşdırılması var. Ona görə də Azərbaycan prezidenti çıxışında “onların Ermənistan ərazisinə heç bir iddiası yoxdur” deyəndə yalan danışır. Tarix elmləri namizədi Hrayr Soqomonyanın Azərbaycan qanunvericiliyindən Azərbaycan ambisiyalarının miqyasını sübut edən ən azı bir neçə nümunəsi var.

Məsələn, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında konstitusiya aktında mübahisəli müddəalar var. Bununla bugünkü Azərbaycan özünü 1918-20-ci illərdə Azərbaycan Respublikasının varisi hesab edir. Tarixçi digər sənədlərlə yanaşı, Azərbaycan Xarici İşlər Nazirliyinin 2020-ci il arayışından da sitatlar gətirir.

“Həmin ölkənin mübahisəsiz əraziləri Azərbaycan SSR-in 86,6 min kvadratmetrindən fərqli olaraq, 97,298 kvadratkilometr təşkil edirdi. Və 16598 kvadrat kilometr də mübahisəli sayılırdı, amma təbii ki, həmin ərazilərə qarşı iddia var”.

Son zamanlar Ermənistanda “Konstitusiya uğrunda” hərəkatı yaranıb. Təşəbbüskarlar əmindirlər ki, təklif olunan dəyişikliklər birbaşa “Sülh müqaviləsi” ilə bağlıdır.

Azərbaycanın indiki ərazi ambisiyaları ilə müqayisədə Ermənistanın qaldırdığı hazırkı ərazi problemləri, Paşinyanın sözlərinə görə, müqayisə olunmaz dərəcədə təvazökardır.

“Azərbaycan müntəzəm olaraq dörd anklav kəndinin ərazisindən danışır, lakin Ermənistan Respublikasının anklav olmayan 31 kəndinin həyati əhəmiyyət kəsb edən ərazilərinin Azərbaycanın işğalı altında olduğunu qəbul etməkdən imtina edir”, – o deyib.

Sülh gündəminə sadiqliyini təsdiqləyən, eskalasiyanın azaldılması mexanizmlərindən istifadə edilməsində, həmçinin “Sülhün kəsişməsi” lahiyəsində öz əksini tapmış real əməkdaşlıq məqsədini təkid edən Ermənistanın baş naziri həyəcan təbili çalmaqda davam edir.

“Təhlillərimiz göstərir ki, bunun üçün bir səbəb ola bilər. Bu səbəb, məsələn, hərbi eskalasiyanı ER-yə qarşı genişmiqyaslı müharibəyə çevirmək məqsədi ilə sərhədin bəzi hissələrində hərbi əməliyyatların başlaması ola bilər. Bu niyyət rəsmi Bakının bütün bəyanatlarında və hərəkətlərində oxunur”.

Baş nazir Paşinyan da Azərbaycanın Ermənistanın silah alması ilə bağlı ittihamlarını əsassız sayır.

“Güclü və döyüşə hazır orduya malik olmaq hər bir ölkənin qanuni hüququdur. Bunu heç kim inkar edə bilməz. Ermənistan Respublikası bütün qonşu ölkələrin ərazi bütövlüyünü tanıyır və öz ərazisindən kənarda heç bir məqsədi yoxdur. Ermənistan Respublikasının müdafiə sahəsində yalnız qanuni məqsədləri var – beynəlxalq səviyyədə tanınmış ərazilərinin müdafiəsidir. Heç bir ölkə heç vaxt başqa bir ölkəni belə bir məqsədi olmaqda ittiham edə bilməz”.

Qeyd etmək lazımdır ki, Azərbaycan vasitəçilərdən imtina edir, onları öz işləri ilə məşğul olmağa çağırır. Rəsmi Yerevan da birbaşa danışıqlardan imtina etməyərək, vasitəçilər və zaminlər institutunun zəruriliyini dəfələrlə israr edib.

Daha çox göstər
Back to top button