BaşlıcaSiyasət

ABŞ konqresmenləri ikipartiyalı qətnamə ilə Azərbaycanı müxalifət partiyasının rəhbərini azad buraxmağa çağırırlar

Azərbaycan KİV xəbər verirlər ki, ABŞ Konqresinin Nümayəndələr palatasının 21 üzvü Azərbaycan hakimiyyətini ötən yaydan həbs edilmiş müxalif “Demokratiya və rifah“ partiyasının rəhbəri, iqtisadiyyatşünas doktoru Qubad İbadoğlunu dərhal azad etməyə çağıran qətnamə (H.RES. 1012) imzalayıb.

Fevralın 14-də Respublikaçılar partiyasının üzvü Devid Rouzer Azərbaycan hökümətinin İbadoğluna münasibətini mühakimə edərək və onu dərhəl azad etməyə çağıraraq qətnaməni təqdim edib.

Qətnaməyə əsasən, İbadoğlu və onun həyat yoldaşı 2023-cü ilin İyulun 23-də həbs edilmiş və polis tərəfindən şiddətlə döyülmüşdür.

O, əsassız yerə çoxsaylı cinayətlərdə ittiham olunur və məhkəməni gözləyərək son dərəcə pis şəraitdə Bakıda həbsxanada qalmaqdadır.

Həbsdən sonra İbadoğlunun səhhəti xeyli pisləşib, ona lazımi tibbi yardım göstərilməyib.

“Doktor İbadoğluna dəfələrlə vəkil və ədalətli məhkəmə araşdırması imkanından məhrum ediblər. Dövlət Departamenti və ABŞ-ın Bakıdakı səfirliyi, eləcə də ABŞ-ın akademik qurumları və beynəlxalq ictimaiyyət doktor İbadoğlunun səhhəti ilə bağlı dərin narahatlıqlarını ifadə edib və onun dərhal azadlığa buraxılmasını tələb ediblər.

Q.İbadoğlunun qanunsuz həbsi insan hüquqlarının və akademik azadlığın ciddi şəkildə pozulmasıdır” – deyə qətnamədə bildirilir.

Qətnamənin müəlifləri Azərbaycanda qanunsuz həbslərin və azadlığın təzyiqi praktikasını mühakimə edir və İbadoğlunun dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırır.

Qətnamə həmçinin dövlət katibini Azərbaycan hökumətiylə danışıqlarda doktor İbadoğlunun azadlığa buraxılmasına üstünlük verməyə çağırır. Rəsmi Bakı hələlik bütün bunlara münasibət bildirməyib.

Qeyd edək ki, müxalif “Demokratiya və rifah” partiyasının rəhbəri, tanınmış iqtisadçı Qubad İbadoğlu 2023-cü il İyulun 23-də saxta pul hazırlamaqda (Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi) və dini ekstremist təbliğatda (CM-nin 167-3.1maddəsi) ittiham olunaraq həbs edilib.

Alim özünə qarşı irəli sürülən ittihamları qəbul etmir və onu siyasi sifarişlə həbs olunduğunu qeyd edir. Yerli və beynalxalq hüquq müdafiəçi təşkilatlar Qubad İbadoğlunu  siyasi məhbus hesab edir və Azərbaycan hakimiyyətini onu azad etməyə çağırır.

 İbadoğlu siyasi fəaliyyəti ilə yanaşı, iqtisadçı kimi də tanınır və bir sıra xarici universitetlərdə dərs verir. O, sosial şəbəkələrin səhifələrində mütəmadi olaraq İlham Əliyevi iqtisadiyyatın pis idarə olunmasına, ölkədəki korrupsiyaya, insan haqlarının pis vəziyyətinə görə tənqid edirdi.

O, həmçinin tez-tez Türkiyə və Azərbaycan prezidentlərinin və onların qohumlarının ailələrinin Artsaxın işğal olunmuş ərazilərindən öz biznes planlarını həyata keçirmək üçün necə istifadə etdiklərini təqdim edirdi.

Daha çox göstər
Back to top button