BaşlıcaSiyasət

Baş nazir Münhen Təhlükəsizlik Konfransında iştirakını səmərəli

ER Baş naziri Nikol Paşinyan Münhendə keçirilən təhlükəsizlik konfransında iştirakını vacib və səmərəli hesab edib.

O, bu barədə Münhen və qonşu regionların erməni icmasının nümayəndələri ilə görüşündə bildirib.

“Əvvəla, mənim qeydim ondan ibarətdir ki, Avropa ictimaiyyətində Ermənistan Respublikası haqqında təsürat müsbət istiqamətdə dəyişir və Ermənistan Respublikası getdikcə daha çox demokratik islahatlara və gündəmə sadiq olan demokratik ölkə kimi qəbul edilir.

 Biz görürük ki, həm Avropa Birliyinin, həm də bizim tərəfin Avropa Birliyi ilə münasibətləri dərinləşdirmək istəyi və hazırlığı var” – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, yeni texnologiyalar və enerji sektoru ilə bağlı məsələlər ətrafında da müzakirələr aparılıb və onlar üzrə müəyyən razılaşmalar əldə olunub.

Baş nazir vurğulayıb ki, Beynəlxalq Miqrasiya Təşkilatının rəhbəri və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə Qarabağdan didərgin düşmüş soydaşlarımızın orta və uzunmüddətli problemlərinin həlli ilə bağlı müzakirələr aparılıb.

Bundan başqa, ABŞ dövlət katibi, Almaniya kansleri, İraqın Baş naziri və Lixtenşteyn Şahzadəsi ilə ikitərəfli görüşlər keçirilib.

Daha çox göstər
Back to top button