Başlıcaİctimaiyyət

ER dövlət universitetlərində Dağlıq Qarabağdan məcburi köçkün düşmüş 1890-dan çox tələbənin təhsili ödənilir

Bu ilin yanvar ayına olan məlumata görə, Dağlıq Qarabağdan məcburi köçkün düşmüş 1897 tələbə artıq ER dövlət universitetlərinin müvafiq və ya əlaqəli təhsil proqramlarına cəlb olunub və onların təhsili tam və ya qismən ödənilir.

Bu barədə ER Təhsil, Elm, Mədniyyat və İdman nazirliyinin nümayəndəsi Sargis Hayotsyan bildirdi.

”Ermənistan Respublikasının Təhsil və Mədəniyyət Nazirliyinin məlumatına görə, bizim Dağlıq Qarabağdan məcburi köçkün düşmüş 4640 tələbəmiz var, onlardan 2116-sı Dağlıq Qarabağda universitetdə, 2524-ü isə ilk və orta ixtisas təhsili müəssisələrində təhsil alıb”, – o qeyd edib.

Hökumətin digər proqramı ER universitetlərinin tələbəsi olan və ailə üzvləri məcburi köçkün düşmüş Dağlıq Qarabağ vətəndaşlarının təhsil haqqının ödənilməsini nəzərdə tutur.

Layihə çərçivəsində ilkin müraciətlər əsasında 844 şəxs dəstək alır.

Onun sözlərinə görə, hər iki proqramda rəqəmsal məlumatlar dinamikdir.

“Çünki informasiyalar yeniləyir. Ona görə də bizdə universitetlərdən yenilənmiş məlumatların toplanması prosesi var”.

Daha çox göstər
Back to top button